Uzunömürlülər diyarı Yaponiya
Yaponiya insanları ilə bərabər, it və pişiklərin ömrünün uzunluğuna görə də rekorda imza atıb. Belə ki, bu gündoğan ölkə heyvanlara göstərilən qayğıya görə planetin ən yaxşı yerlərindən biri hesab edilir. Yapon itləri orta hesabla 13,9 il, pişikləri isə 11,9 il yaşayırlar.
Hesablamaları Tokio Kənd təsərrüfatı və Texnologiya Universitetinin nümayəndələri həyata keçiriblər. "Bloomberg” agentliyindən bildirilir ki, Yaponiyada uşaq doğumunun sayı azalmaqda davam edir və yalqız qalan vətəndaşlar daha çox ev heyvanları bəsləməyə meyil göstərirlər. Hazırda ölkədə ev heyvanlarının sayı 20 milyona çatıb, bu isə Yaponiyada yaşayan 14 yaşdan aşağı uşaqların sayından 5 milyon çoxdur.
İnsanların uzunömürlülüyünə gəldikdə isə 2015-ci ildə Yaponiyada 100 və 100-dən yuxarı yaşı olan insanların sayı 60 mindən artıq olmuşdu.
İkisahil.az //
Sfera.az






