Logo

Taksi və kafelərdə mərsiyə oxutmaq olar?

Taksi və kafelərdə mərsiyə oxutmaq olar?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün əhalinin toplaşdığı müxtəlif ictimai-iaşə obyektlərində dini ayinlərin icrası ilə rastlaşırıq. Bu cür obyektlərdə kütləvi şəkildə dini moizələr, ilahilər və mərsiyələr oxunur. Bəzi hallarda isə əhalinin dindar olmayan kəsimləri bu haldan narazı qalır. Bəs, görəsən, qanunvericilikdə bu məsələ hansı formada tənzimlənir?

Femida.az məsələni hüquqi aspektdən araşdırıb.

Mövzu ilə bağlı Femida.az-a danışan vəkil Sadiq Əfəndiyev bildirdi ki, ictiami yerlərdə dini şüarların səsləndirilməsi qadağandır:

""Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsinin tələbləri, yəni hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ nəzərə alınmaqla ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər. Qanunun məntiqi mənasına görə qanunda nəzərdə tutulan yerlərdən kənarda dini ayinlərin icra edilməsi, səsləndirilməsi və s. ictimai narahatçılğa səbəb olduğu hallarda bu cür hərəkətlərə maneə yaradıla bilər”.

`Vətəndaş dini moizələrdən narazı qaldığı təqdirdə hansı quruma müraciət etməlidir?` sualına vəkilin cavabı aşağıdakı kimi oldu:

"Bəzi qanunsuz hərəkətlərə görə müəyyən normalar tətbiq edilə bilər. Məsələn, dini ayinlərin icrası gecə vaxtı səs-küylə müşayiət olunarsa, polis tərəfindən inzibati məsuliyyətə cəlb oluna bilər. Ölkəmizdə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən orqan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu sahədəki problemlərlə bağlı həmin orqana müraciət oluna bilər”.

Elə hallar olur ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər də sərnişinlərin iradəsinin ziddinə olaraq maşının içərisində dini moizələrin səslənməsinə şərait yaradırlar. Bu məsələyə toxunan hüquqşünas Məhərrəməli Həmidovbildirdi ki, taksi fəaliyyəti ilə məşğul olan şəxsin dini moizələrə qulaq asması onun hüququdur:

"Dini moizələrin taksilərdə səsləndirilməsi nə qanunvericiliklə, nə də şəriətlə qadağan olunmayıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şəxs, Allaha bağlı bir insan, momin ola biler. Bu, onun hüququdur ki, istədiyi moizəni və yaxud digər musiqiləri sərnişinləri narahat etməmək şərti ilə dinləsin. Sərnişinlər isə taksi fəaliyyəti göstərən şəxsin xidmətindən narazıdırsa, yəni bu xidmət onu qane etmirsə, imtina etmək hüququ var. Əgər söhbət taksi xidməti göstərən şirkətdən gedirsə, sürücüdən şirkət rəhbərliyinə müvafiq qaydada şikayət oluna bilər”. 

Sonda qeyd edək ki, dini etiqad azadlığı haqqında qanunun 21-ci maddəsinə aşağıdakı hissə əlavə edilmişdir: 

"İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır."

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR