Logo

iPhone istehsalçılarının gündəlik həyatı

iPhone istehsalçılarının gündəlik həyatı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şirkət 50 min işçinin gündəlik həyatını KİV-də nümayiş etdirməyə qərar verib

"Pegatron” şirkəti işçiləri dözülməz əmək şəraitində çalışdıqmaqda ittiham edildikdən sonra Şanxaydakı nəhəng zavodunun 50 min işçisinin gündəlik həyatını KİV-də nümayiş etdirməyə qərar verib. Jurnalistlər "Apple” qacetlərinin necə yığıldığına, o cümlədən iş prosesinin hansı şəraitdə getdiyinə baxıblar.

Ordu nizamı ilə düzülən yüzlərlə əməkdaş ən qapalı zavodlardan birində iş gününün başlamasını gözləyirlər. Daha sonra bir xətt üzrə düzülərək təhlükəsizlik turniketlərindən keçirlər və iş yerinə yollanırlar.

Nəzarətçi iPad vasitəsilə adbaad yoxlama aparır.

iPhone istehsalçılarının gündəlik həyatı

iPhone istehsalçılarının gündəlik həyatı

İş günü başlamazdan əvvəl bütün işçilər metallodetektordan keçir. Onlar sənaye casusluğu üçün istifadə edilə biləcək istənilən videoyazıcı qurğunu aşkara çıxarmalıdır. Daha sonra bədbəxt hadisələr və ya intihar hallarının qarşısını almaq məqsədilə xüsusi torla örtülmüş pilləkənlə qalxırlar, uniforma geyirlər və yoxlama üçün düzülürlər.

iPhone istehsalçılarının gündəlik həyatı

Bu yaxınlara qədər zavoddakı iş şəraiti sirr olaraq saxlanılırdı. Çətin əmək şəraiti və aşağı əməkhaqqı verilməsinə dair çoxlu sayda ittihamdan sonra şirkət Qərb jurnalistlərini nəhayət ki, içəri buraxıb.

iPhone istehsalçılarının gündəlik həyatı

iPhone istehsalçılarının gündəlik həyatı

İşə gedirlər: oğlanlar və qızlar göy papaq və tərlik geyirlər və istehsal yerinə yollanırlar.

iPhone istehsalçılarının gündəlik həyatı

"Bloomberg” agentliyi jurnalistləri üçün ekskursiya keçirən zavod rəhbəri Con Şeu yeni ID sisteminin effektivliyin yüksəldilməsi məqsədilə tətbiq edildiyini bildirib.

iPhone istehsalçılarının gündəlik həyatı

Onun sözlərinə əsasən, işçi həddindən çox işlədikdə sistem şirkətə xəbər verir. 60 saatlıq həftəlik limit yaxınlaşan və ya altı gün ardıcıl iş zaman menecerlərə avtomatik məlumat yollayır.

iPhone istehsalçılarının gündəlik həyatı

Gənc üztanıma qurğusuna baxır. O, müəssisənin yığım sexinə keçən personalı qeydə alır.

iPhone istehsalçılarının gündəlik həyatı

Əməkdaşlar üztanıma qurğusuna baxırlar və yığım sexinə keçməzdən əvvəl qurğunun üzərindən beyclərini keçirirlər.

iPhone istehsalçılarının gündəlik həyatı

Turniketlərdən keçirlər

iPhone istehsalçılarının gündəlik həyatı

Zavodun sahəsi 90 futbol sahəsinə bərabərdir.

iPhone istehsalçılarının gündəlik həyatı

Əməkdaşlar səhər yoxlanışına yollanmazdan əvvəl uniforma geyinirlər.

iPhone istehsalçılarının gündəlik həyatı

Nahar fasiləsi (INTER.AZ)

iPhone istehsalçılarının gündəlik həyatı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR