Çində dünyanın ən hündür dağ tuneli tikilib
Kateqoriya məlum deyil
Çinin Tzinxay əyalətində dəniz səviyyəsindən 4,4 kilometr hündürlükdə avtomobil tuneli tikilib. Bu, dünyanın ən hündür dağ tuneli sayılır.
AZƏRTAC xəbər verir ki, yüksək dağlıq ərazidə yerləşən tuneldə işlər sentyabrın 24-də tamamlanıb. Tunelin salındığı ərazidə orta hündürlük 4400 metrdir.
Maksimal nöqtə isə dəniz səviyyəsindən 4800 metr yüksəklikdə yerləşir.
Tikintisi 2013-cü ildən aparılan tunel Qoloq-Tibet muxtar rayonunda 419 kilometrlik dağ yolunun bir hissəsidir. Yolun 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.






