Dünyanın ən qəribə muzeyləri
Dünyanın müxtəlif ölkələrində olan qəribə, eyni zamanda maraqlı bir neçə muzeyi təqdim edirik.
İngiltərə, Pis sənət əsərləri muzeyi
İngiltərədə yerləşən bu muzey ən pis sənət əsərlərinin sərgiləndiyi çox qəribə bir muzeydir. Bu məkan 400-ə yaxın əsərdən ibarət kolleksiyaya sahibdir. Muzeyin missiyası ən pis sənət əsərlərini izləyicilərə təqdim etməkdir. Muzeyin en maraq doğuran hissələrindən biri də zirzəmidə müxtəlif boyalarla çəkilən rəsm əsərləridir. Muzeyi ziyarət edən insanlar əsərlərdəki uyğunsuzluqlara, bacarıqsızlıqlara baxıb əylənməyə çalışırlar.
Fransa, Kanalizasiya muzeyi
Qəribə səslənsədə Parisdəki bu muzey dünyanın ən qəribə muzeylərindən hesab olunur. Belə ki, 1200-cü illərdə Kral Philippe Augusteun əmri ilə qurulan Paris kanalizasiya sistemi bu gün yerin altında son dərəcə yaxşı inşa edilmiş tuneldən ibarətdir. Bu sistemin təxminən 450 metrlik hissəsini bu gün divarlardakı tutacaqlardan istifadə edərək gəzə bilərsiniz.
Amsterdam, İşgəncə muzeyi
İşgəncə muzeyi Amsterdamın ən çox turist cəzb edən nöqtələrindən hesab olunur. Buradakı ziyarətçilər tarixdə 500 il əvvələ gedir və günahkar bilinən insanlara işgəncə vermək və ya onları öldürmək üçün istifadə etdikləri işgəncə metodları ilə tanış olur. Muzeydəki zəif işıq, orta əsrlərdə işgəncə və cəzalandırma vasitələrinin verdiyi tük ürpərdici qorxu hissini yaradan bir mühitlə qarşı-qarşıya gələ bilərsiniz. Mismarlarla dolu kəmərlər, kəllə sümüyünü qıran alətlər tarixdəki zülmləri xatırladır.
Yaponiya, Parazit muzeyi
Tokiodakı bu muzeydə parazitlərə aid nə varsa görə bilərsiniz. Burada sərgilənən parazitlərin hansı orqana necə təsir etdikləri göstərilir. Parazitlərlə bağlı elmi araşdırmalar aparılan bir mühitdə yerləşən bu muzey dünyada təkdir.
İspanya, Cənazə maşınları muzeyi
Barselonada gəzib görəcəyiniz çox yer var. Bunların ən ön sıralarında Gaudi gəlir. Bu ərazilərdə çox məşhur və son dərəcə maraqlı bir neçə yer mövcuddur. Bunlardan biri də cənazə maşınları muzeyidir. 18-ci əsrdən bu günə kimi müxtəlif növ cənazə maşınlarını görəcəyiniz bu muzeydə, maşınlara əyləşdirilən kuklalarda taxiri paltarları da görə bilərsiniz.
İngiltərə, Boyunduruq muzeyi
Leeds qalası ziyarətçilərinə son dərəcə geniş, yamyaşıl bir park və göz qamaşdırıcı bir məkan təqdim edir. Belə ki, qalanın bir hissəsi it boyunduruqları muzeyidir. Bu tarixi boyunduruq muzeyində son beş əsrdən bu günə kimi 100-dən çox boyunduruq vardır.
Polşa, Kadavra muzeyi
Bu muzey polşalı bir anatomist olan Gunther Von Hagensin insan bədənindən alınan parçalardan meydana gətirdiyi bir muzeydir. Hagens sərgisini dərisi üzülmüş insan fiqurlarının üzərini slikon təbəqəsi ilə bağlayıb hava ilə təmasını kəsərək hazırlamışdır.
Rusiya, təcrübələr muzeyi
Dünyanın ilk genetik təcrübə növləri Rusiyanın San-Peterburq şəhərində olan Kunstkamera muzeyində sərgilənir. Rusiyanın ilk muzeyi olaraq qəbul edilən bu muzey, I Pyotr tərəfindən qurulmuşdur. Kunstkamera isə "maraqlar otağı” mənasını verir. I Pyotr genetik elmi araşdırmaları Hollandiyadan gətirtdiyi anatomiya mütəxəssisi Ruyschu tərəfindən davam etdirmişdir. Ruychun 300 il əvvəl apardığı təcrübələr bankalarda sərgilənir.






