Logo

Xarici dil bilmək beyin fəaliyyətini yaxşılaşdırır

Xarici dil bilmək beyin fəaliyyətini yaxşılaşdırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Helsinki Universitetinin alimləri bildirirlər ki, xarici dil öyrənmək insan beyninin elastikliyini və onun informasiyanı kodlaşdırmaq qabiliyyətini artırır. Tədqiqatda qeyd edilir ki, insan nə qədər çox xarici dil öyrənsə, onun beyni öyrənmə prosesində toplanan məlumata bir o qədər çevik reaksiya verir və həmin informasiya ilə bir o qədər səmərəli işləyə bilir.

ATV.az-ın məlumatına görə, 22 tələbə arasında aparılan eksperiment zamanı məlum olub ki, insan nə qədər çox dil bilirsə, onun beynində təzə sözlər haqqında informasiyanı kodlaşdıran neyron şəbəkəsi bir o qədər sürətlə formalaşır. Deməli, bu yeni məlumatlar beynin fiziologiyasının təkmilləşməsinə stimul yaradır və beyində çoxlu yeni biliklər formalaşır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR