Logo

Ayətullah Xamenei dağ gəzintisi zamanı qucağında itlə gəzən qızla rastlaşdı və görün nə baş verdi -VİDEO

Ayətullah Xamenei dağ gəzintisi zamanı qucağında itlə gəzən qızla rastlaşdı və görün nə baş verdi -VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

SizinYol xarici mətbuata istinadən məlumat verir ki, İran saytlarında  ali lider Ayətullah Xameneinin dağ gəzintisi zamanı baş verən maraqlı əhvalat haqda xəbər yayılıb.

Məlumatda bildirilir ki, bu xatirəni Ayətullah Xameneinin dəftərxanasının məsul şəxslərindən olan Seyid Məzahir Hüseyni danışıb.

O deyir: Dağ gəzintisi zamanı qucağına  it götürüb gəzən bir qızla rastlaşdıq. Ayətullah Xameneinin  yerinə bizlərdən hansısa biri olsaydı, qıza deyəcəkdik ki, bu it nəcisdir və… Lakin Ayətullah Xamenei üzünü qıza tərəf çevirib dedi: "İtini çox istəyirsən?.. Adı nədir?… Onu şəriətə uyğun saxlamağın qaydalarını bilirsən?..” Daha sonra qıza bu barədə bir neçə şəriət qaydası dedi və geniş məlumat əldə etməsi üçün hansı kitaba müraciət etməli olduğunu da dedi.

Ayətullah Xameneinin  belə xöş münasibətindən qızın gözləri yaşla doldu. O ağaya dedi: Mən sizi gördüyümü necə deyə bilərəm?

Ayətullah Xamenei  çiynindəki şərfi çıxarıb xanıma verdi.
Bu hadisədən iki gün sonra həmin qız dəftərxanaya zəng vurub dedi ki, ağaya deyin ona hörmətimiz çoxdur.

Ayətullah Xameneinin dağ gəzintilərindən biri:

]

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR