Logo

“Instagram”da 3 mühüm yenilik - Profilinə kimin daxil olduğunu belə biləcəksiniz

“Instagram”da 3 mühüm yenilik - Profilinə kimin daxil olduğunu belə biləcəksiniz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Populyar foto paylaşım platforması olan "Instagram"da 3 yeni funksiya istifadəçilərin ixtiyarına verilib.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, istifadəçilər artıq fotoları "zoom" edə biləcəklər. Yəni iki barmaqla smartfonun və ya planşetin ekranına toxunub fotoları böyütmək mümkündür.
 
İkinci yenilik söyüş və təhqiramiz şərhlərin əngəllənməsi ilə bağlıdır. İstifadəçilər filtrasiya imkanı əldə ediblər və bundan sonra öz paylaşımlarının altında görmək istəmədiklərin sözləri avtomatik əngəlləyə biləcəklər. Bu funksiya xüsusən şərhləri oxumağa vaxtı olmayan istifadəçilərin işini yüngülləşdirəcək. Bunun üçün şərhlər bölümündə "Lazımsız şərhləri gizlə" düyməsini "klikləmək" və görmək istəmədiyiniz sözləri ora yazmaq lazımdır.
 
"Instagram"ın bəhs etmədiyi, lakin istifadəyə verilmiş üçüncü özəllik isə səhifənizi izləyən şəxslərin kim olduğunun bilinməsidir. İstifadəçi hər hansı başqa bir səhifəyə baxarkən həmin profilin onu izləyib-izləmədiyini də öyrənmiş olacaq. Lakin bu funksiya hələlik bütün hesablar üçün aktiv deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR