Logo

Prezidentlərin maşınları - FOTO

Prezidentlərin maşınları - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ən sadə prezident maşını Uruqvay liderinindir.

Türkiyəyə səfəri ərəfəsində Roma Papasının maşın istəyi dünya liderlərinin avtomobillərini yenidən gündəmə gətirdi. Adətən liderlər zirehli,lüks, dəbdəbəli maşınlara üstünlük versələr də Vatikan rəhbəri lüks maşın yerinə sadə "Renault Symbol” istəmişdi.

Sfera.az ANS PRESS-ə istinadən dünya liderlərinin istifadə etdiyi maşınları təqdim edir.

Papa Françesko Vatikanda "Fiat Albea” markalı maşından istifadə edir.

Prezidentlərin maşınları - FOTO

ABŞ prezidenti Barak Obamanın xidməti maşını "Cadillac One”dır.

Prezidentlərin maşınları - FOTO

Almaniya kansleri alman markası olan "Audi”yə üstünlük verir.

Prezidentlərin maşınları - FOTO

İngiltərənin baş naziri Devid Kameron isə "Jaguar"dır. Xidməti maşının dəqiq modeli "Jaguar XJ”dir.

Prezidentlərin maşınları - FOTO

İngiltərə kraliçası II Yelizavetta yerli istehsal olan və onun üçün özəl hazırlanan "Bentley”də gəzir.

Prezidentlərin maşınları - FOTO

Fransa prezidenti Fransua Olland xidməti maşın kimi öz ölkəsində istehsal edilən "Citroen DS5 Hybrid4”dən istifadə edir.

Prezidentlərin maşınları - FOTOPrezidentlərin maşınları - FOTO

Rusiyanın dünyanın diqqətindən prezidenti Vladimir Putin zirehli "Mercedes Benz S” maşınının xidmətindən yararlanır.

Prezidentlərin maşınları - FOTO

Çin dövlət başçısı Şi Cinping Çin istehsalı olan "Hongqi” ilə səfərlərini yerinə yetirir.

Prezidentlərin maşınları - FOTO

Yaponiya İmperatoru Akihitonun istifadə etdiyi maşın "Toyota Century Royal”dır.

Prezidentlərin maşınları - FOTO

Ən sadə prezident maşını isə Uruqvay liderinindir. Jose Mujica 1987-ci ildə istehsal edilən mavi "Vosvos”undan əl çəkmir. Onun maşınını ərəb şeyxlərindən biri 1 milyon dollara almaq istəsə də, prezident qədim dostunu satmayıb.

Prezidentlərin maşınları - FOTO

Ən dəbdəbəli maşınlardan biri də Bruney sultanına məxsusdur. Hassanal Bolkiah xüsusi olaraq ona hazırlanan qızıl örtüklü və işləməli "Rolls Royce”dən istifadə edir.

Prezidentlərin maşınları - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi xidməti maşın isə "Mercedes S600 Long”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR