Nəhəng şirkətlərin ilk addımı
Böyük şöhrətə sahib bəzi şirkətlər tam başqa təyinatlı məhsullar istehsal edib
Hazırda böyük şöhrətə sahib bəzi şirkətlər ilk addımlarında tam başqa təyinatlı məhsullar istehsal edib. Sizləri həmin nəhəng şirkətlərin ilk addımları ilə tanış edirik:
IKEA şirkətinin təsisçisi İnqvar Kamprad biznesinin gələcəyinin ilk zamanlar müxtəlif kiçik mallardan, xüsusilə kibritlərdən asılı olacağını hesab edirdi.

"Nokia” şirkətinin ilk məhsulunun hazırki malları ilə heç bir əlaqəsi yoxdur. Belə ki, şirkət ilk zamanlar "tualet kağızı” və keyfiyyətli qaloşlar hazırlayıb.

Müasir dəbli geyim istehsalçısı "Hugo Boss” şirkəti ilk zamanlar Hitlerin dövründə Almaniyada fəaliyyət göstərən "Gestapo” gizli dövlət polisi (1933-1945) işçiləri üçün geyimlər tikib.

Dünyada ən tanınmış çay istehsal şirkəti "Lipton” sadə bakaleya mağazası olub və önündə heş zaman böyük növbə yaranmayıb.

Bu gün dünyaya ən yaxşı smartfonlar və televizorları təqdim edən "Samsung” şirkəti ilk addımlarına düyü unu satışı ilə başlayıb.

Dünyaca məşhur avtomobil istehsalçısı "Toyota” ilk dəfə bazara sənaye tişik maşını milləri ilə çıxıb. Yeri gəlmişkən, "Toyota” bu günə qədər onları istehsal etməkdə davam edir.

"Sony” şirkəti də "Vaio”noutbuku ilə istehsala başlamayıb. Şirkətin ilk məhsulu Sony-düyüqaynatma aləti olub. Məhsul Asiya bazarında böyük uğur əldə edib.

SHARP şirkəti isə mexaniki karandaş istehsalı ilə ilk addımlarını atıb.

Oyun sənayesinə daxil olmazdan əvvəl "Sega” şirkəti fotoçəkmə kabinələri istehsalı ilə məşğul olub.

IBM şirkəti kompyüter əsri nəhənginə çevrilməzdən əvvəl analitik-hesab maşınları, tərəzi və pendirkəsən qurğu istehsalı və satışı ilə məşğul olub.

BMW şirkəti istehsala təyyarələr və onlar üçün mühərrik istehsalı ilə bağlayıb. Şirkətin loqosuna nəzər salsanız çarpaz şəkilli ağ və göy rənglərin şahidi olarsınız. Ağ damalar təyyarə pərini, göylər isə səmanı tərənnüm edir (Səmada fırlanan təyyarə pəri).

İnter.az //
Sfera.az






