Logo

ŞOK! Yerin nüvəsi yerindən oynayıb - Bunun fəsadı görün nə olacaq

ŞOK! Yerin nüvəsi yerindən oynayıb - Bunun fəsadı görün nə olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Alimlərin fikrincə, planetimizin fırlanma sürətinin azalması da bununla bağlıdır. Planetimizin nüvəsi tərpənib. Bunu Rusiya Elmlər Akademiyasının Tomskdakı  İqlim və Ekoloji Sistemlərin Monitorinqi  İnstitutunun əməkdaşları müəyyən ediblər.   

Moderator.az  bu haqda "Moskovski komsomolets”ə istinadla yazır. Alimlərin sözlərinə görə, Yerin nüvəsi Şimal, yaxud Cənub qütbünə doğru 200 metrədək yerini dəyişib. Tədqiqatçılar  planetin nüvəsinin illik yerdəyişmə siklini təhlil edəndən sonra belə nəticəyə gəliblər. Bundan öncə heç kəs Yerin fırlanma sürətinin dəyişməsi hallarını izah edə bilmirdi. Belə ki, Yer bəzən  saniyənin müəyyən hissəsi qədər gec fırlanır və bu səbəbdən bəşəriyyət saatlarını düzəltməli olur. Tomsk alimlərinin sözlərinə görə, buna səbəb  məhz planetin nüvəsinin  yerdəyişməsidir. Bu da  mantiya təbəqəsinin xüsusuyyətlərindən yaranan təbii bir prosesdir.

ŞOK! Yerin nüvəsi yerindən oynayıb - Bunun fəsadı görün nə olacaq

Sözügüdən prosesləri öyrənmək üçün işlədilən "MQR-01” cihazı da  Rusiya alimləri tərəfindən hazırlanıb.  Cihaz Yer nüvəsinin hərəkətini elektromaqnit dalğalarını qeydə almaqla müəyyən edir. "MQR-01”  digər ölkələrdəki analoqlarını üstələyir. Bu cihazın faydalı qazıntı yataqlarının kəşfiyyatı və zəlzələlələrin proqnozlaşdırılmasında da uğurla tətbiq edilməsi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR