Suyu necə içmək lazımdır ki, arıqlatsın?
2 həftəyə 8 kilo arıqladan su pəhrizi! Bu, təkcə pəhriz deyil, həm də sağlam həyat tərzidir: bol-bol su içmək... Su gözəlləşdirir, cavanlaşdırır, arıqladır və ən əsası, bizi sağlam edir!
Qaydası çox sadədir: Belə ki, yeməkdən öncə 2 stəkan su içmək və yeməkdən sonra 2 saat ərzində su içməmək!
Gün ərzində hər dəfə yemək yeməzdən öncə nə az, nə də çox – düz 2 stəkan təmiz, lakin qaynadılmamış su içməlisiniz. 15-20 dəqiqə sonra isə rahat yeməyinizi yeyə bilərsiniz. Yeməkdən sonra isə 2 saat ərzində su içmək olmaz.
Gündəlik menyumuz belə ola bilər:
Səhər yeməyi: yuxudan duran kimi 2 st. su içirik. Sonra ürəyimiz istədiyi faydalı səhər yeməyini yeyirik. Yemək zamanı da içmirik. İçmək yalnız yeməkdən 2 saat sonra ola bilər.
Nahar: Nahardan əvvəl 2 st. su içib, yeməyimizi yeyirik və bir də 2 saat sonra eyni miqdarda su içirik.
Şam yeməyi: Bu yeməkdən öncə 1 stəkan da içə bilərsiniz. Amma məsləhətdir ki, 2 st. su içib, 15-20 dəqiqə sonra yeməyinizi yeyəsiniz.
Qeyd: Yeməkdən sonra 2 saat ərzində təkcə su içmək deyil, çayla şirniyyat, hər hansı desert və s. yemək də olmaz.






