Başı olmadan 18 ay yaşayan TOYUQ - FOTOLAR
Kateqoriya məlum deyil
Üstündən təxminən 70 il keçmiş olmasına baxmayaraq, virtual dünyada hələ də ən çox danışılan mövzulardan bir də "Başsız Toyuq Mike"dir.
Sfera.az xəbər verir ki, bir qism insana görə hadisə bir yalandan ibarət olsa da, başı kəsildikdən sonra 18 ay ərzində yaşadığı iddia edilən Mike adlı toyuğun Salt Lake City universitetində qeydiyyata alınıb.
"Başsız Toyuq Mike" hekayəsinin bu şəkildə olduğu deyilir; 10 sentyabr 1945-ci ildə axşam yeməyi üçün hazırlıq aparan Loyd Olsen adlı əkinçi həyat yoldaşının xahişi ilə arxa həyətlərinə gedib bir toyuq gətirir. 5,5 aylıq Mike adlı toyuğu kəsən Olsen heyvanın şah damarını zədələyər və beyin kökünün böyük hissəsi ilə qulaq hissəsini saxlayar.
Bütün bu zədəyə baxmayaraq, Mikenin düzgün bir şəkildə olmasa da hərəkət etdiyini görən Olsen, heyvanın yemləmək üçün etdiyi hərəkətləri də gördükdə, ona ömrü boyu baxmağa qərar verir. Bir göz damcısı aparatını istifadə edərək Mikeni bəsləyən sahibinin dediyinə görə, "Başsız Toyuq Mike" bu şəkildə 18 ay boyunca yaşayır.
Bu halda yaşayarkən məşhurlaşması demək olar ki, qaçılmaz olan Başsız Mikenin sahibi bu şöhrətdən istifadə etməyə qərar verir və heyvan həm şoulara qatılır, həm də aralarında Time və Life jurnallarının da olduğu saysız-hesabsız media tərəfindən fotoları çəkilir. Mikeni şoularda görmək istəyənlərin 25 sent ödədiyi Mike o zamanlar sahibinə ayda 4,500 dollar (bu günün 47.000 dolları) qazandırır .
1947-ci ilin mart ayında bir turdan qayıdarkən, sahibinin dediyinə görə "öskürməyə başlayır. Olsenin ehtiyacı olan vasitələr yanında olmadığından, Mikeni xilas edə bilmirlər. Cütlüyün iddiasına görə Mikeni satmışdılar.
Sfera.az //
Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






