Bu avtomobildən dünyada bir dənədir – FOTOLAR
Kateqoriya məlum deyil
Avtomobil istehsalı hazırda dünyanın bir sıra ölkələrinin ən çox gəlir götürdükləri sahələrdəndir. Hər il eyni markadan olan yüzlərlə, minlərlə avtomobil istismara buraxılır. Lakin dünyada elə avtomobil də var ki, ondan cəmi bir dənədir.
Sfera.az xəbər verir ki, bu, mühəndis-mexanik Norman Timbsin hazırladığı "Buick Streamliner”dir. O, adıçəkilən mühəndis tərəfindən 1948-ci ildə ABŞ-da hazırlanıb.
Xarici mətbuatın yazdığına görə, mühəndis-mexanik avtomobilin korpusunu alüminiumdan hazırlayıb. Məşhur dizaynerlərlə birlikdə çalışan Norman Timbs onlardan əldə etdiyi təcrübələrindən də istifadə edib. Avtomobil bir müddət şoularda istifadə olunub.
1952-ci ildə o, Kaliforniyadan olan Cim Devis onu alaraq Manhetten-Biç rayonuna aparıb. Bundan bir müddət sonra "Buick Streamliner”un sonrakı aqibətindən xəbər tutan olmur.
Qəribədir ki, avtomobil 2002-ci ildə səhrada xeyli dərəcədə təmiz halda tapılıb. Daha sonra hərraca çıxarılaraq satılıb.
Fotoları təqdim edirik:




Publika.az //
Sfera.az






