Logo

2 min 200 kq-lıq Şahin

2 min 200 kq-lıq Şahin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Alaca rayonunda Şahin adı verilən 2 ton 207 kiloqram ağırlığındakı qurbanlığı Ankaralı iş adamı Bülent Bolat alıb. Şahini yetişdirən Mufidin Gürsəs, "Şahinə qiyməti yoxdur. Rəqəmi Bülənd Bəy müəyyən edəcək. Onsuz da özü illərdir bizdən qurbanlıq alır" deyib.

Sfera.az "CNNTürk" ə istinadən xəbər verir ki, Alaca rayonunda heyvandarlıqla məşğul olan Mufidin Gürsəs tərəfindən yetişdirilən simental cinsli buğa ağırlığı ilə diqqəti çəkir. Böyük bir fədakarlıqla qulluq edilən və Qurban Bayramına sayılı günlər qala 2 ton 207 kiloqrama çatan "Şahin" adlı buğanı, Ankaralı iş adamı alıb.

Xüsusi kökəltmə üsulları tətbiq edərək yetişdirdiyi və bir neçə ildir ki, bazara çıxardığı heyvanlarla məşhur olan Gürsəs, jurnalistlərə verdiyi açıqlamada buzov olanda satın aldığı simental cinsli buğanın 6 il boyunca açıq besləmə üsulu ilə hazırlandığını deyib.

Bu məsələdə iddialı olduğunu deyən Gürsəs "Keçən il də təxminən 2 tonluq bir qurbanlıq hazırlamışdım. Bizə görə Türkiyənin ən böyük buğası idi. Keçən il gələn il daha ağır bir qurbanlıq yetişdirib, yenə bu rekordu mən sındıracağam deyə söz vermişdim" deyib.

Fermada bəslədiyi və "Rocky" adını verdiyi daha bir buğası olduğunu deyən Gürsəs, "Adını Rocky qoyduğumuz digər buğa 1500 kiloqram ağırlığındadır. Onun da gələn il Qurban Bayramında iki tonu keçəcəyinə inanıram" deyib.

 Aytac
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR