Bu gülü evdə saxlamaq təhlükəlidir - "Ağlayan çiçək" sizi ağladar... - VİDEO
Çox məşhur bir gül haqqında vacib bir məlumatı diqqətinizə çatdırıq.
Evlərdə, ofislərdə, gül salonlarında görməyə alışdığımız arasında "ağlayan çiçək" kimi tanınan "diffenbaxiya" təhlükə mənbəyidir.
Türkiyə mətbuatı xəbər verir ki, bu ev bitkisi xüsusən uşaqlar üçün zərərlidir. Belə ki, həkim qrupu tərəfindən aparılan araşdırmalara görə, "diffenbaxiya"ya əllə toxunmaq və iyləmək belə uşaqlara zərər verir. Gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ, eyni zamanda nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxa bilər. Valideynlərə uşaqları "diffenbaxiya"dan uzaq saxlamaq məsləhət görülür.
Azərbaycanlı mütəxəssislərdə faktı "ATV Xəbərə" təqsdiqlədi. Məsləni diqqətdə saxlayacayıq.






