Logo

Heç düşündünüzmü süd vermədikləri halda nə üçün kişilərin məmələri var?

Heç düşündünüzmü süd vermədikləri halda nə üçün kişilərin məmələri var?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sfera.az xəbər verir ki, məməli heyvanlarda kişilərin süd çıxarmaları fizioloji olaraq mümkündür. Bu məqamda kişilər lazımlı anatomik təchizata, fizioloji potensiala və hormonlara sahibdirlər.
Ancaq təbiətin bəzi keçi və yarasa növləri kimi çox xüsusi bir iki istisnası xaric süd vermə hadisəsi nə insan növündə, nə də digər məməli növlərinin erkəklərində baş verir.
Əslində məməlilərin hamısında, yəni hər iki cinsdə də süd vəziləri vardır. Kişilərdə bu vəzilər inkişaf etməmiş və kimidirlər. Bu hal da növə görə dəyişikliklər göstərir.
Məsələn: siçan və siçovulların erkək cinsində məmə toxuması heç bir zaman süd kanalları və məmə ucları yaratmaz, məmələr çöldən görülməz.
İnsanlar və itlər də daxil bir çox məməlidə isə var.
Hətta dişi və erkəyin sinə strukturlarında yetkinlik çağına qədər bir fərq görülmür.
Kişilərin nə üçün süd vermədikləri sualını məməli heyvanların yüzdə doxsanu üçün soruşmağa da ehtiyac yoxdur.
Çünki bu böyük əksəriyyətdə balaya yalnız ana baxar. Kişilərin çiftləşməsindən sonra körpəyə heç bir faydaları yoxdur, ümumiyyətlə onları tərk edib gedirlər.
Yüzdə ona daxil olan insan, şir, canavar kimi məməlilərdə isə atanın əsas məsuliyyəti ailə və balaları qorumaq, onlara yemək tapmaqdır. Bəlkə də başlanğıcda bu növlərin kişiləri də balalarına süd verirdilər. Lakin sonrakı təkamül dəyişikliklə bunun qarşısı alınıb.
Kişilərin nə üçün hələ də məmələri var sualının cavabı isə insanda kişi və dişi quruluşunun əslində eyni olmasında yatır.
İnsanın ana bətnində ikən yaranmağa başladığı embrion halının ən başında kişi və dişi arasında heç bir fərq yoxdur.
Onsuz da insanın daşıdığı 23 cüt xromosom 22 cütü və bunların daşıdığı genlər hər iki cinsdə də eynidir. Təkcə cinsiyyət xromosomu olan iyirmi üç cüt fərqlidir. Əgər rüşeym ana və atasından bir "X" xromosomu alsa qız, anasından "X", atasından "Y" xromosomu alsa kişi olur.
Embrion "Y" xromosomu aldıqdan sonra hormonal siqnallar gəlməyə və kişiyə aid orqanlar inkişaf etməyə başlayır.
Kişilərin məmələri isə bu mərhələdən daha əvvəl yaranmış olduğundan eynilə qalırlar, amma ondan sonra hormonal bir möhkəmlətmə olmadığından funksional hala gələ bilmirlər.
Dişilərdə isə böyümə çağı əsnasında ifraz olunan hormonlar süd vəzilərini və sinələri böyüdür. Hamilə dişilərdə bu böyümə bir az daha artır, süd istehsalı başlayır və bu istehsal.
Sfera.az //
Aytac

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR