Su hesabınızı azaltmağın yolları
Kateqoriya məlum deyil
Evdəki vərdişlərinizin bəzilərini dəyişməklə su hesabınızı çox ciddi dərəcədə aşağı endirə bilərsiniz.
Sfera.az xəbər verir ki, evdə neçə adam yaşayırsa o şəxslərin aşağıdakı tədbirləri görməsi nəticəsində aylıq su hesabınızın qiymətinin azaldığını görəcəksiniz.
1. Dişlərinizi fırçalayarkən mütləq kranı bağlı saxlayın.
2. Boşqab, stəkan və buna bənzər mətbəx əşyalarınızı heç vaxt əllə yumayın. Yuyacağınız hər bir əşya üçün həddindən artıq su axıdacaqsınız halbuki, stəkan, ya da boşqabın qab-qacaq maşınında yuyulması sayəsində daha az su ilə daha çox şey yuya biləcəksiniz. Həmçinin çirkli paltarlarınızı da paltaryuyan maşınında yumağınız suya qənaət edir.
3. Duş alarkən suyu həddindən artıq açıq qoymayın.
4. Uşaqlarınıza kranın həddindən artıq açıq tutulmaması lazım olduğunu və çox su tökməyin yaxşı bir şey olmadığını söyləyin.
5. Qab-qacaq maşınınızı tam doldurduqdan sonra işlədin.
6. Əllərinizi və üzünüzü yuyarkən həddindən artıq vasvası olub daha çox sabun və sudan istifadə etməyin.
Yuxarıda sadaladığımız tədbirlər sayəsində aylıq su hesabınızın heyrətamiz surətdə azaldığına şahid olacaqsınız.
Sfera.az //
Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






