Whatsappda YENİLİK!
Kateqoriya məlum deyil
Dünyanın ən böyük anlıq mesajlaşma platforması Whatsapp, Android tətbiq etməsi üçün yeni bir yeniləmə proqramı yayımlamağa hazırlaşır.
Sfera.az xəbər verir ki, sözügedən yeniləmə İOS platformasında bir müddətdir ki, istifadə edilən "Emojilərin böyük görünməsi" xüsusiyyətini Android Whatsapp beta tətbiq etməsinə gətirib.
Gündəlik həyatda istifadəçilərin istifadə etdiyi emojiler, son yeniləmə ilə birlikdə Android Whatsapp beta tətbiqində daha böyük görünməyə başlayır.
Beta variantda istifadəçilər eyni mesajda dörd və ya daha çox emoji göndərəndə, emojiler standart ölçüdə görünəcək.
Whatsapp beta test istifadəçilərinin istifadə etdiyi bu xüsusiyyətdən qısa müddət içərisində bütün Android istifadəçiləri də istifadə edə biləcək.
Sfera.az //
Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






