Qadın geyimlərində düymələr nə üçün solda yerləşir? - FOTOLAR
Kateqoriya məlum deyil
Qadın geyimlərində düymələr nə üçün solda yerləşir?
Əslində bizlər 3-4 yaşlarındakı bir uşağın maraq səviyyəsini irəliləyən yaşlarda da mühafizə etsək, çox yaxşı bir filosof ola bilərik. Həyatda maraqlı olan o qədər adi faktor var ki, gündəlik həyatın məşğələsindən dolayı bu fərqli halları görmürük. Məsələn, heç düşündünüzmü qadın paltarlarında düymələr nə səbəb solda, kişi geyimlərində isə sağdadır?
Kişilərin düymələrinin sağda olmasının əsas səbəbi insanların çoxunun gündəlik həyatda sağ əlini istifadə etməsidir. Bu cümlə qarşısında təbii ki, bu sualı verəcəksiniz: "Qadınlar insan deyilmi ki, geyim düymələri solda yerləşir?"
Gündəlik həyatda sağ əlini istifadə edən kəslər üçün sağ tərəfdə yerləşən bir düyməni sol tərəfdə yer alan iliyə keçirmək daha rahat və əməlidir. Amma qadınlar da əksəriyyət kimi sağ əlini istifadə etməsinə baxmayaraq, nə üçün düymələr solda, iliklər isə sağdadır? Bu sualın cavabı illər əvvələ söykənən bir praktikadır.
Paltarlar ilk istehsal edildiyi zaman düymə adında bir şey yox idi. Düyməsiz olan paltarlara zamanla düymə modası gəlib. İlk çıxdığı zamanlarda çox bahalı və nadir tapılan bir parça olduğu üçün düymə çox qiymətli bir paltar hissəsi idi. Belə ki, düymələr yalnız zəngin qadınlar tərəfindən alınır və bu qadınların bu düyməli paltarları xidmətçilər tərəfindən zəngin ev xanımlarına geyindirilirdi.
Nəticə olaraq başqası tərəfindən geyindirilən bu paltarın düymələri geyindirən xidmətçiyə görə sağ tərəfdə qaldığı üçün sağ əlini əməli şəkildə istifadə edən bu xidmətçi rahatlıqla xanımının paltarını ona geyindirdi. Bu vəziyyətdən mənbəli olaraq dövrün dərziləri nadir olan bahalı düyməli bu qiymətli paltarları tikərkən düymələr solda iliklər sağda olacaq şəkildə planlaşdırıblar.
Sfera.az //
Aytac
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






