Hollywoodun ən məhşur filmlərində ŞOK detallar
Sfera.az filmlərdəki xətaları sizə təqdim edir.
1. Cəsur Ürək Mel Gibsonun canlandırdığı William Wallace film boyunca Kilt (skoç ətəyi) geyirdi. Bu etek 16-cı əsrdə kəşf edilmişdi lakin film 1300-dən keçirdi.
2. Django Unchained Kelle ovçusu Django film boyunca bu eynəklərlə olduqca havalı görünürdü amma filmin keçdiyi dövrdə günəş gözlüyü daha kəşf edilməmişdi, optik eynək isə çox nadir istifadə edilirdi.
3. Titanik 1912-ci ildə keçən filmdə Jack keçmişdə atasıyla Wissota gölündə balıq tutduğunu söyləyirdi. Halbuki bu göl 1917-ci ildə meydana gəlmişdi.
4. Panik Palatası Jodie Foster xarakteri filmdə bir otağı propanla doldurub atəşə verirdi. Otaqda sıxışanlar isə xilas olmağa çalışırdı. Otağının yalnız üst qisimi yandığı üçün qurtulurlar. Halbuki burada böyük bir kimya səhvi var. Propan havadan ağırdır yəni gerçəkdə belə bir vəziyyətdə obrazların xilas olma imkanı yox idi.
5. Gladiator Russell Crowenin canlandırdığı Gladiator obrazının taxma adı 'The Spaniard' tı. Bu söz 14-cü əsrdən sonra məşhur bir şəkildə istifadə edilməyə başlandı. Halbuki filmdə söhbət 180-ci ildə gedirdi.





