Oğlunun cinsiyyət orqanının anormal olduğunu gördü və ŞOk yaşadı ... - FOTO
Leanne Ouen adlı qadın oğlunun cinsiyyət orqanının böyüməməsindən narahat olub və bu vəziyyəti araşdırmağa başlayıb.
Sfera.az publika.az-a istinadən bildirir ki, həkimlər 8 yaşlı Harrinin gizli uşaqlıq yolu olduğunu deyiblər.
40 yaşlı Leanne oğlu böyüdükcə cinsiyyət orqanının böyümədiyini və anormal göründüyündən narahat olduğu üçün onu həkimə aparıb. Həkimlər azyaşlı Harrnin xəstəliyinə dəqiq diaqnoz qoymaq üçün bir neçə il araşdırma aparıblar.
Sonda həkimlər Harriyə bifid skrotum diaqnozu qoyublar. Yəni, 8 yaşlı uşağın testis torbasında uşaqlıq yoluna oxşar bir yarıq olub. Leanne Ouen 8 yaşlı oğlunun gizli uşaqlıq yolu olduğunu öyrənəndə şoka düşüb. "Daily Mail"də dərc olunan xəbərə görə, Leannenin oğlu Harri anadan olanda ürəyində 3 dəlik, fəqərə sütununda əyrilik və böyrək problemləri olub. Harrinin eyni zamanda anal və sidik yolu da olmayıb. Həkimlər uşağın belə doğulmasını vakterl sindromu ilə izah etsələr də, səbəbi tam olaraq müəyyən edə bilməyiblər.
Harri 8 yaşına qədər 12-dən artıq əməliyyat keçirib. Anası isə uşağın xəstəliyindən dolayı özünü illərdir pis hiss etdiyini deyib: "Əsəbiyəm, bu diaqnoz Harri körpə ikən qoyulsaydı, indi əzab çəkməzdi. Hazırda əməliyyata girməkdən nifrət edir, amma başa düşür ki, bu, onun yaxşılığı üçündür".








