Logo

Dünyanın ən güclü smartfonu - foto

Dünyanın ən güclü smartfonu - foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hələlik rəsmi təqdimatı indiyədək keçirilməyən Çinin "LeEco Le 2s Pro” smartfonu dünyanın ən güclü mobil qurğusu seçilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "AnTuTu” sınaqlarında aparat 158 min bal toplayaraq əvvəlki lider "OnePlus 3”ü geridə qoyub.

Bu smartfon "Qualcomm” şirkətinin "Snapdragon 821” prosessoru, metal korpuslu 5,5 düymlük ekranla təchiz edilib. Bundan başqa, 4 giqabaytlıq operativ və 32 giqabaytlıq daxili yaddaşa malik olacaq. Displey "Full HD” formatını dəstəkləyir.

Potensial alıcılar 6 giqabaytlıq operativ yaddaşla təchiz edilən daha təkmil modeli də əldə edə bilərlər. Bu modelin fləş toplayıcısı 64 giqabayt tutuma, displeyi "QHD” təsvir ölçüsünə malikdir.

Dünya ictimaiyyətinə bu ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Dünyanın ən güclü smartfonu - foto

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR