Bütün dünya bu vəhşilikdən danışır - VİDEO
Kateqoriya məlum deyil
Hindistanda ağlasığmaz hadisə bütün ölkəni ayağa qaldırıb.
Tibb Universitetinin iki tələbəsi körpə iti bir qutuya qoyaraq, onu körpüdən aşağı atıb. Bu azmış kimi, törətdikləri dırnaqarası əyləncəni lentə alaraq, internetə yerləşdirib.
Lakin onların bu vəhşiliyi heyvanların müdafiə təşkilatları və sıravi insanların da ciddi narazılığına səbəb olub. İsrarlı təkidlərdən sonra polis həmin şəxslərin axtarışına başlayıb. Bir müddət sonra onlar tapılaraq həbs olunub. Araşdırmadan sonra məlum olub ki, bu onların ilk əməli deyil.
Tələbələr heyvanlar üzərində bir çox ağlasığmaz təcrübələr həyata keçiribmiş.






