Baxın bunu nə üçün edirlər? - FOTOLAR
Kateqoriya məlum deyil
Omo qəbilələri Efiopiyanın Omo çayı kənarında yerləşmiş dünyanın ən çox tanınan qəbilələrindən biridir.
Sfera.az xəbər veirir ki, qəbiləni bu qədər fərqli edən isə həyat tərzləri, dodaq böyütmə ənənələri və müasir insanın adət olmadığı tərzdə istifadə etdikləri bəzək əşyalarıdır.
Alt dodaqlarına taxdıqları boşqaba oxşar əşya ilə fərqli bir görünüşə sahib olan qəbilə, görünüşlərinin müxtəlif ölkələrə çatması nəticəsində ziyarətçi axınına məruz qalıb.
Bəs nə üçün dodaqları böyüdürlər?
1. Kiminə görə ətraf qəbilələrdən kölələşdirmə məqsədiylə qaçırılmasın deyə bununla qadınları çirkinləşdirirlər.
2. Bəzilərinin fikirinə görə isə "gözəl və xüsusi" görünmə istəyi.
Qeyd edək ki, həqiqətdə ikinci fikri düzgün saymaq olar. Çünki bu qəbilələrdə gənc qızlar ancaq təxminən evlənmə dövrü olan 20 yaşına doğru belə bir işə girişirlər.
Dodaqlarının aşağısında kiçik bir yarıq açıb bunu böyütməyə başlayırlar. Dodaq içinə qoyulmuş yumru əşya nə qədər böyüksə başlıq pulları da o qədər çox olur.
Sfera.az //
Aytac Salahova
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






