ŞOK: Bu qadın 17 aydır HAMİLƏDİR - FOTOLAR
Kateqoriya məlum deyil
Çinin Hunan əyalətində yaşayan Wang Shi adlı qadın düz 17 aydır ki, körpəsini bətnində daşıdığını iddia edir.
Sfera.az xəbər verir ki, Shiye 2015-ci ilin fevral ayından bəri hamilə olduğunu deyir.
Shiyenin sözlərinə görə, həkimlər plasentanın hələ inkişaf mərhələsində olduğunu deyərək körpənin doğulmasına icazə vermirlər: "Mən noyabr ayında körpəmi dünyaya gətirməli idim. Qeysəriyyə olmaq üçün həkimə getdim. Mənə plasentanın hələ inkişaf mərhələsində olduğunu söyləyərək, gözləməyi mi tövsiyə etdilər. O gündən bəri uşağın doğulmasını gözləyirəm və həkimlərə hərgün getdiyim üçün 10 min yuandan artıq (təxminən 4 min türk lirəsi) xərcləmişəm".
Qeyd edək ki, həkimlərin bəziləri qeyri-adi bir tibb hadisəsiylə qarşı-qarşıya olduqlarını bildirərkən, bir çox həkimlər isə Shinin danışdıqlarının qeyri-mümkün olduğunu deyirlər.
Shiyeni müalicə edən həkimlərdən Huangın verdiyi məlumata görə, 17 aylıq hamilə olduğunu iddia edən qadının körpəsi hələ 38 həftəlikdir: "Hər şey normasındadır deyib. 17 aylıq hamiləlik iddiasını rəsmi sənədlər olmadan təsdiqləmək olmaz".
Sfera.az //
Aytac Salahova
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






