Namaz qılarkən buraxdığınız SƏHVLƏR
Kateqoriya məlum deyil
Sfera.az namaz qılarkən buraxdığınız səhvləri sizə təqdim edir:
1. Malik Bin Ənəs İbn Malik: "Bəzi insanlar namaz qılarkən gözlərini səmaya dikirlər. Belə olarsa onların gözlərinin nuru alınar, yaxud kor ola bilərlər".
2. İbn Ömer: "Peyğəmbər əfəndimiz namaz qılarkən əllərini çiyin səviyyəsinə qaldırdıqdan sonra təkbir gətirərdi.
3. Peyğəmbərimiz buyurub ki, namaz qılarkən sağa-sola baxmaq şeytan əməlidir. Namaz qılarkən fikirlər namazda olmalıdır.
4. Namazı tez qılıb rükunlarını verməmək: "İnsanların oğurluqda ən qabaqcıl olanı öz namazından oğurlayan kəsdir"
5. Səhl b. Saad namazda əllərini bağlamadan dayanmağı belə rəvayət etmişdir: "İnsanlar sağ əllərini namaz qılarkən sol qolları üzərinə qoymaqla əmr olunurlar".
6. Peyğəmbər buyurub: Namaz qıldığınız zaman önünüzə bir şey qoyun. Heç bir şey tapa bilməzsəniz bir çubuq qoyun, əgər çubuq da olmazsa önünüzə bir xətt çəkin. Bundan sonra önündən nə keçirsə keçsin namaza zərər verməz.
7. Peyğəmbər buyurub: Siz məscidə gələrkən imam namaza başlamışsa siz də imamın etdiyi hala uyğun namazınızı qılın.
8. Peyğəmbər buyurub: "Namaz qılarkən bədəninin tam sakitlik tapana qədər gözlədikdən sonra başını qaldır və ayaqda tam qalxana qədər dayan".
9. Çiyinləri örtməyən paltar ilə namaz qılmaq olmaz.
10. Namaz qılanın qarşısından keçmək günahdır.
Sfera.az //
Aytac Salahova
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






