Dünyanın ən qəribə peşələri - ŞOK VİDEO
ATVxəbər.az bildirir ki, çoxumuz üçün bu peşələr ağlasığmaz görünsə də, "təki iş olsun” deyimini əllərində bayraq tutan bu peşə sahibləri hallarından heç də şikayətçi deyillər. Əksinə qeyri adi peşələrdə işləmək bu insanlara əlavə zövq verir.
Qolf topu axtaran – Bu işlə məşğul olan insanlar qolf meydançalarında gölməçələrə düşən topları yığmaqla məşğul olurlar. Hər tapdıqları topa görə pul alan bu peşə sahibləri üçün hər top daha çox islanmaq deməkdir.
Türkiyədə Əli Öztürk adlı şəxs isə 300 nəfəri ətrafına toplayraq dərnək yaradıb. Dərnək üzvlərinin əsas vəzifəsi yas mərasimlərinə gedərək ağlamaqdır. Bir saat evdə, bir saat da məsciddə ağlayan bu insanlar hər mərasim üçün 260 lirə gəlir əldə edirlər.
Soxulcan toplayan – Kanadada bu işlə məşğul olan insanlar tarlalar və çəmənliklərdə gəzərək balıqçılar üçün soxulcan yığırlar. Hər soxulcan üçün 4 dollar gəlir əldə edirlər.
Amerikada elitar fermalardan birində isə iribuynuzlu heyvanlara manikür və pedikür xidməti göstərən insanlar çalışır. Ferma sahibinin sözlərinə görə həftədə bir dəfə inəklərin dırnaqlarını manikür-pedikür etdirilməsi, heyvanları həm stresdən uzaq tutur, həm gələcəkdə ayaqlarında yarana biləcək göbələk xəstəliyinin qarşısını alır, həm də inəklərin gün ərzində normadan artıqsüd verməsi ilə nəticələnir.
Çində bir şirkəti unikal xidməti ilə insanlarda böyük maraq oyadıb. Şirkət insanlara kirayə qohum təklif edir. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum-əqrəba icarəyə götürə bilər. Hətta burada ata-ana rolunu oynayan insanlar da var.






