Logo

Aldadılmamaq üçün etməniz lazım olan 13 ÜSUL - FOTOLAR

Aldadılmamaq üçün etməniz lazım olan 13 ÜSUL - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ən yaxın dostlarımız, ailə üzvlərimiz, dəyər verdiklərimiz, ən etimad göstərdiklərimiz, heç gözləmədiyimiz insanlar bizi aldada bilər.
Aldadıldığımızı anladığımız an sanki başımızdan aşağı qaynar su tökülür.
Bəs heç aldadılmamaq üçün nələrə diqqət etməliyik?
Sfera.az aldadılmamaq üçün 13 üsulu sizə təqdim edir:
1. İlk öncə bunu bilməlisiniz: Siz adi bir insansınız. Özünüzü böyük görməyin. Siz də səhv edə, yaxud aldadıla bilərsiniz.
2. Ətrafınızdakı insanların tövsiyələrinə hər zaman qulaq asın. Xəbərdarlıqlarına əhəmiyyət verin. Sizi uçurumun qırağından xilas edə bilərlər.
3. Rəqib kimi gördüyünüz insanların düşüncələrinə də əhəmiyyət verin. Bəlkə o fikirlər tələyə düşməyinizin qarşısını ala bilər
4. Bildiyinizlə kifayətlənməyin. Yeni fikirlərə açıq olun. O yeni ideyalar sizi də, ətrafınızı da, cəmiyyəti də xilas edə bilər.
5. Hisslərinizlə deyil məntiqinizlə hərəkət edin.
6. Sizdən təcrübəli insanların məsləhətlərinə mütləq qulaq asın!
7. Kiminlə yola çıxdığınıza diqqət edin. Heç gözləmədiyiniz bir anda tək başına, çarəsiz halda tərk edilə bilərsiniz.
8. Sizə pula görə dəyər verənlərdən uzaq olun.
9. Sevginizin əsiri olmayın. Ehtiras hissi yaşayan insanda romantik bir bağlılıq yaranır. İnsanın duyğuları bağlandığı zaman da duyğusal bir korluq ortaya çıxır.
10. İnsanların pis niyyətli olduğunu heç vaxt unutmayın!
11. Aldadıldığınızı etiraf etməkdən çəkinməyin. Harada səhv etdiyinizi, nə üçün bu hala düşdüyünüzü yaxşı analiz edin. Bunları etməsəniz özünüzü aldadmış olacaqsınız.
12. Aldadıldığınızı hiss etdiyiniz an lazım olanı edin. Vaxt itirməyin.
13. Unutmayın! Bir insanın aldadılması son dərəcə normaldır. Önəmli olan bunu vərdiş halına gətirməməkdir.
Sfera.az //
Aytac Salahova

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR