Quş təyyarəyə hücum etdi - 298 sərnişin... - VİDEO
Kateqoriya məlum deyil
Türkiyənin İstanbul şəhərində bir quş az qala faciəyə səbəb olacaqdı.
ATV.az xəbər verir ki, Qətər hava yollarına məxsus sərnişin təyyarəsi şəhər üzərində uçan vaxt quş onun mühərrikinə daxil olub. Nəticədə hava nəqliyyatı vasitəsinin mühərriki yanmağa başlayıb. Təyyarənin alovlanmaqda olduğunu görən pilotlar dərhal təcili eniş edərək, layneri Atatürk Hava Limanına endiriblər. Hadisə baş verən vaxt təyyarədə 298 sərnişinin olduğu açıqlanıb. Onlardan bəzilərinin səhhəti həyəcan və qorxudan pisləşib. Sərnişinlərin başqa təyyarə ilə Qətərə yola salınmasına qərar verilib.






