Logo

Xoşbəxt cütlüklərin sahib olduğu VƏRDİŞLƏR

Xoşbəxt cütlüklərin sahib olduğu VƏRDİŞLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xoşbəxt olduqları üçün bu xüsusiyyətlərə malikdirlər, yoxsa bu xüsusiyyətlər onları xoşbəxt edir?
Sfera.az xoşbəxt cütlüklərin sahib olduğu 15 vərdişi sizə təqdim edir:
Dəqiq deyil, amma xoşbəxt cütlüklərin hamısında müşahidə olunan bu xüsusiyyətlər bəlkə sizin də xoşbəxt bir bərabərlik yaşamağınızın açarı ola bilər.
Yatağa birlikdə gedirlər. Ana-atanızın günün bütün problemlərini, edəcəklərini, planlarını, və s. niyə hamı yatdıqları zaman etdiklərini düşündünüzmü? Yatağa birlikdə getmək mənasız kimi görünsə də bir əlaqənin vacib əməllərindən biridir. Tensel təmas, gün ərzində baş verənlərin üstündən keçmək, sevdiyin insanla sarılaraq yuxuya getmək kimi şeylər sizi o an üçün xoşbəxt edərkən eyni zamanda, sabaha da hazırlayacaqdır. Sevdiyiniz insanın müsbət enerjisindən istifadə edin, eyni zamanda yatağa gedin və sarılmanın möcüzəvi təsirlərini görün.
Hər şeyi birlikdə etmək məcburiyyətində olmadıqlarını bilirlər. Bəzi cütlüklərdə hər şeyi birlikdə etmək düşkünlüyü ola bilər. Amma bu qətiyyən xoşbəxt cütlüklərin bir vərdişi deyil. Öz şəxsi zövqləri olduğunu, insanın bəzən yoldaşları ilə təkbətək vaxt keçirməsi lazım olduğunu yaxşı bilirlər. Kinoya tək başına getdi deyə tərəfdaşlarına həyatı dar etmirlər. Əhəmiyyətli olan ümumi xoşbəxtlikdir.
Bir-birilərinə "azad sahə" buraxırlar. Yuxarıdakı söhbətin davamı olaraq ancaq daha əhəmiyyətlisi də var. Xoşbəxt cütlüklərin ən əsas xüsusiyyətlərindən biri; Bir-birinə boş sahə buraxmalarıdır. Özbaşına vaxt keçirəcəkləri, ürəyi istəyəni edəcəklərinə imkan vermələridir. Bir əlaqə hər nə qədər iki nəfərdən ibarət olursa da əlaqə yaradanların hər birinin azad bir insan olduğunun fərqindədirlər.
Qısqanclığın qarşısındakının həyatını zəhər etmək mənasına gəlmədiyini yaxşı bilirlər. Xoşbəxt cütlər də əlbəttə, qısqanclıq edirlər, amma bu qısqanclıq onlar üçün həyatı tərəfdaşına zəhər etmə mənasına gəlməz. Zarafatlaşaraq, gülüb əylənərək bir-birilərini qısqandıqlarını çox gözəl göstərirlər.
Bir-birilərinin doğrularını üzə çıxarırlar, səhvlər üzərində çox baş sındırmırlar. Bir-birilərini daim motivasiya edirlər. Heç vaxt mənfi xüsusiyyətləri üzərində dayanaraq, tərəfdaşlarını demoralizə etmirlər. Bu pis cəhətlərini görməzliyə vurduqları anlamına gəlməz. Əlbəttə ki, mənfi cəhətlərini danışaraq düzəltməyə çalışarlar, ancaq münasibətlərinin əsas dinamikası müsbət tərəfləridir.
Çətinliklərini bir-biri ilə bölüşürlər. Xoşbəxt cütlər yüklərin altına təkbaşına daxil olmağa çalışmırlar. Bir-biri ilə bölüşürlər, danışırlar və lazım gələrsə bölüşürlər. Bilirlər ki, bir yükü iki nəfər bir adamdan daha yaxşı daşıyar.
Müştərək sahələrini çox yaxşı bilirlər. Bir-birlərinin birgə zövqlərini yaxşı bilirlər və birlikdə vaxt keçirmək onlar üçün əyləncə göstəricisidir. Bir-birini heç vaxt sevmədikləri fəaliyyətlərin içinə girməyə zorlamırlar.
"Səni sevirəm", "əzizim", "həyatım" kimi sevgi sözlərini deməkdən çəkinmirlər. Bir-birinə sevgi sözləri deməkdən heç vaxt çəkinmirlər. Səni sevirəm demək, onlar üçün əsla utanılacaq bir məsələ deyil.
Bir-birlərinə qulaq asırlar. Bir-birilərinin oxuduqlarına, dediklərinə qiymət verirlər. Münasibətdə son sözü mən deyirəm kimi bir davranış əsla olmaz. Hər ikisinin də ortaq mövqeyə nail olmadıqları qərarlar qəbul olunmaz. Xoşbəxt cütlər bir-birlərinin dediklərini dinləyən cütlüklərdir.
Fərqlərini əlavə dəyər olaraq görürlər. Bir-birlərini dəyişdirməyə çalışmırlar. Fərqli cəhətlərini yonmağa, qarşıdakını özlərinə uyğunlaşdırmağa cəhd etmirlər. Onlara görə fərqlər bir əlaqənin rəngləridir, onlar bu rəngləri soldurmağa, yox etməyə çalışmırlar. Bu rəngləri münasibətlərinin əlavə dəyəri kimi görürlər.
Gəzərkən mütləq əl-ələ tuturlar. Sadə görünsə də xoşbəxt cütlər əl-ələ gəzməyə əhəmiyyət verirlər. Əl-ələ tutmağın bir-birlərinin enerjilərini, hərarətlərini bölüşməkdə əhəmiyyətli bir rolu vardır.
Nə hiss etməsindən asılı olmayaraq bir-birinə "xoş gördük", "yaxşı yuxular" və s. deməyi laqeydlik etmirlər. İstər dava etmiş, istər mübahisə etmiş olsunlar xoşbəxt cütlər bir-birlərini görməyə bilməzlər, heç vaxt əlaqələrini kəsmirlər. Çünki bilirlər ki, bunlar müvəqqətidir və bir-birlərinə duyduqları sevgi və hörmətdir. Buna görə də xoşbəxt cütlər heç vaxt yataqlarını ayırmırlar və heç vaxt tamamilə səssizliyə qərq olmazlar.
Ayrı-ayrı düşünüb birgə hərəkət edirlər. İki fərqli insanın bir araya gətirdiyi bu quruluşda əlbəttə ki, fərqli səslər olar, ancaq xoşbəxt cütlər bu fərqli fikirlərdən ortaq bir fikirə keçməyi bilir. Uzun-uzun danışır, mübahisə edir, fikirlərini söyləyir sonra birgə hərəkət edirlər. Ancaq bu heç vaxt məcburi bir tərəfdaşlıq deyil. Danışaraq, müzakirə edərək yollarını tapırlar.
Problemlərini danışaraq həll etməyi bilirlər. Problemləri böyütmədən, başlarında min cür ssenari qurmadan oturub ilk ağızdan qulaq asaraq həll etməyi bilirlər. Heç vaxt arxadan iş çevirmək, gözləyib nə olacağını görmək, planlar qurmaq onların xüsusiyyətlərindən deyil. Problemi gördükləri an həll edirlər.
Və bir-birlərini bağışlamağı bilirlər. Xəta insana məxsusdur, xoşbəxt cütlər bunun fərqindədir buna görə bir-birini bağışlamağı bilirlər. Problemləri, səhvləri çox böyüdüb çıxılmaz hala gətirməzlər.
Sfera.az //
Aytac Salahova

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR