Milyonlarla modapərəstin qəlbini fəth edən payız rəngləri - FOTOLAR
Yay lap tezliklə yerini qızıl payıza verəcək. Aydın məsələdir ki, şən yay ovqatının yerini kədərli payız tutacaq. Yeni mövsümdə ancaq təbiət dəyişmir, obrazlar, trendlər, rənglər və bütün qarderob da dəyişməyə hazırlaşır. Sözsüz ki, yüngül yay paltarlarını qalın və yun paltarlarla əvəz edəcəyik. Lakin bu payızın rəng palitrası həqiqətən möhtəşəm olacağını vəd edir.
Publika.az xəbər verir ki, "Pantone" rəng təşkilatı payızda aktual olacaq rənglərin reytinqini hazırlayıb.
Dərin, zəngin və çoxşaxəli rənglər milyonlarla modapərəstin qəlbini fəth edəcək!
1. Qırmızı şəfəq

Qırmızı rəngi biz Nyu-York moda həftəsi zamanı daha çox müşahidə etdik. Bu da bizə onu deməyə əsas verir ki, digər moda paytaxtlarının küçələrində də bu rənglə tez-tez qarşılayacağıq. Şübhə etmirik ki, gözəl, məğrur, eyni zamanda mülayim və cazibədar qırmızı bütün modapərəstlərin qarderobuna yol tapacaq. Payız alış-verişində bu rəngə üstünlük verməyi untumayın.
2. Səmimi boz-qəhvəyi

Boz-qəhvəyi kakao dadını xatırladan çox rahat və gözəl rəngdir. Gələn mövsüm əsl modapərəstlər özünə mütləq bu rəngdə palto almalıdır. Ondan başqa açıq çəhrayı, konyak və şampan çalarları da aktualdır.
3. Təzə çəmənlik

Payızda adətən qızılı, sarı, narıncı və qırmızı hakimlik edir. Ancaq bu qədər atəş çalarları ətrafında olanda yaşıllıq üçün darıxmağa başlayırsan. Narahat olmağa dəyməz, dizaynerlər bizi nəzərə alıb. Məsələn, bir çox kolleksiyada yer alan zümrüd parıltısı cazibənizi ideal vurğulayacaq.
4. Tozlu sidr

Belə qəliz adlı rəng çəhrayının onlarla çalarlarından sadəcə biridir. Bir az yumşaq və təmkinlidi, amma qətiyyən darıxdırıcı deyil. İşgüzar kostyum və ya palto üçün əla variantdır.
5. Dulusçu gili

Bu rəng çox ənənəvidir və adətən qışda dəbə minir. Dizaynerlərin bu rəngi unutmamasına ancaq sevinmək olar. Odur ki, dulusçu gilini xatırladan çanta, palto və zamşa aksessuarlar almağa tələsin. Bundan əlavə, xardal və narıncı trend olaraq qalır.
6. Bihuşedici bənövşəyi

Lavanda, yasəmən və ya bənövşə çölləri... Bu assosiasiyanı payızın ən valehedici çalarları yaradır. Bəli, bənövşəyi rəng bu qış hər kəsi bihuş edəcək. İstər bu rəng donlarda, istər paltolarda, istərsə də çantada dünyanı bəzəməyi öhdəsinə götürən füsunkar pərilər kimi görünəcəksiniz.
7. Ədviyyatlı xardal
Ədviyyat və sitrus meyvələrini xatırladan bu rəng payız aylarında ruhumuzu dincəldəcək. İlin ən tutqun, palçıqlı, qüssəli vaxtında solğun görünməmək üçün bu rəngdə sadəcə çanta və ya plato seçmək kifayətdir. Və bir də evinizi bu çalarda hər hansı predmet və ya dekorla bəzəməyi tövsiyə edirik.
8. Akula (köpək balığı) dərisi

Bu payız sizə bozun 50 çaları lazım olmayacaq, sadəcə biri bəs edir. Ondan soyuq küləklər əsir... Ax dəmir ledilər də ilin xəzan fəslində özünü rahat və inamlı hiss etməlidir.
9. Çay sahili

Payız təkcə yarpaqların yanğını deyil, həm də tutqun və yağmurlu fəsildir. Boza çalan tünd göy podiumları və bizim qəlbini fəth edib. Ümid edirik ki, siz də onda xüsusi bir şey tapacaq və layiqli nümunəsini öz qarderobunuza daxil edəcəksiniz.
10. Mavi səma

Payızda yağışlar və tutqun buludların arxasında gizlənmiş mavi səmanın həsrətini çəkirik. Ürəyinizi sıxmayın, dizaynerlər buna da çarə tapıb. Belə ki, bu həsrətə mavi bluz və ya palto ilə yaya qədər son qoya bilərsiniz.






