Arvadını qısqandı, barmağını görün neylədi - VİDEO+FOTOLAR
Kateqoriya məlum deyil
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Conni Depp ilə xanımı, aktrisa Ember Hördün boşanma prosesinin yeni təfərrüatları bəlli olub.
53 yaşlı aktyor 30 yaşlı xanımını döyməkdə suçlanır. Hördün vəkillərinin dediklərinə görə, ötən ilin martında Depp evində "qısqanclıq davası" açıb və bu zaman barmağını kəsib. Həmin vaxt Conni Depp sərxoş olmaqda, üstəlik narkotik maddələr qəbul etməkdə suçlanır.
Ember Hördün vəkilləri əşyayi-dəlil qismində məhkəməyə Deppin kəsik barmağının əks olunduğu fotoları və sənədləri təqdim ediblər.
2015-ci ilin martında "Karib dənizinin quldurları" filminin çəkilişləri Conni Deppin Avstraliyada əlindən aldığı travma səbəbindən təxirə salınmışdı. Aktyor üç həftə kameralar qarşısında əlində qara sarğı ilə dururdu. Həqiqət isə daha acı imiş: aktyor arvadı ilə dalaşanda barmağını kəsibmiş. O, Avstraliyada çəkilişlər zamanı studiyanın verdiyi villada dava salıb.
Depp arvadı Ember Hördü aktyor Billi Bob Torntona qısqanıb. Hörd və Tornton "London çölləri" (2014) və "İnformatorlar" (2008) filmlərində tərəf-müqabil olublar.
Dava zamanı Depp ekstazi qəbul edib, sonra içib. O, mətbəxdə dolabları sındırıb, sonra telefonu divara çırpıb. Şüşə qırıqlarından biri Deppin barmağının ucunu kəsib. Depp kəsilmiş barmağını göy boyaya batıraraq vanna otağının güzgüsündə yazıb: "Hər şeyə razılaşan Ember" və "Billi Bob".
61 yaşlı Billi Bob Tornton aktrisa Ancelina Coli ilə 2000-2003-cü illərdə nikahda olub./milli.az/