Logo

Bu gecə görmədiyinizi görəcəksiz! - VİDEO

Bu gecə görmədiyinizi görəcəksiz! - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gecə hər kəs göy üzünə baxsın. Ulduz yağışı baş verəcək.

Sfera.az xəbər verir ki, göy üzündə vizual görüntülü Perseid ulduz yağışları, 12-13 avqustda yəni bu gecə və sabah baş tutacaq. Saatda təxminən 200 meteor axınının müşahidəsini teleskop və s. kimi bir avadanlıq olmadan, çılpaq gözlə görmək mümkündür.

Ötən ay Kaliforniyada bir adam Perseid meteor yağışlarını kamerayla çəkərək 5 dəqiqə ərzində davam edən bu möhtəşəm görüntünü "YouTube” üzərindən paylaşıb.

Dünyanın Günəşin ətrafında dönməsiylə birlikdə ilin hər iyul ayında görülən bu meteor yağışlarının sıx görüldüyü zamanlar isə avqust ayının ortalarıdır.

Qeyd edək ki, Perseid meteor yağışları ilk dəfə e.ə 36-ci ildə müşahidə olunub. Onun ilk elmi təyini isə 1835-ci ildə Adolf Quetelet tərəfindən edilib. Meteor yağışına Perseus bürcü bölgəsində rast gəlindiyi üçün Perseid adı verilib.

NASA 12-13 avqust gecələri baş tutacaq meteor yağışının 24 avqusta qədər davam edəcəyini söyləyir.

Bu vizual görüntünü dəqiq olaraq görməyiniz üçün şəhər işıqlarından uzaq bir mühitdə olmağınız və şimala doğru baxmağınız lazımdır.

(publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR