Logo

Cinlərin zərərsiz hala gətirilməsi mümkündürmü?

Cinlərin zərərsiz hala gətirilməsi mümkündürmü?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cinlər, insanları qorxutmağı, vəsvəsə və şübhəyə salmağı, aciz və çarəsiz qoymağı sevirlər həmçinin özlərinə yalvarılmasından xoşlanırlar.

Sfera.az xəbər verir ki, xələf və sələf məsələsi bu mövzuda təsirli bir səbəbdir.

Yəni insan yaradılmadan əvvəl yer üzündə cinlərin hakimiyyəti vardı. Məntiq, mühakimə, etirafdan uzaq cin icmaları yer üzünü fəsad və müharibəyə boğdular. Sonra üzərinə xəlifə olaraq insan gəldi. Kafir cinlər insanlara rahatsızlıq verərkən bu zərər insanın tərkibinə, quruluşuna görə dəyişir. Yoxsa cinlər hər bir insana gedib zərər verə bilməz.

Cin insana təsir etdikdə, onu qorxu, ehtizaz hissləri ilə pis vərdişlərə sövq edir. Yəni, sıxıntı və qorxu, narahatlıq ilə insan ibadəti tərk edərək içkiyə, pis vərdişlərə, intihar etmə hissinə düçar olur.

Belə bir cin təsirinə məruz qalan insanlar, əgər yaxşı niyyətli, ixlaslı və metafizik aləmə qabiliyyəti olan adamlara rast gəlsə, Allahın izni ilə şəfa tapır. Sadəcə dindar olmaq kifayət deyildir. Bəzi medyumluk qabiliyyətlərinin də olması lazımdır. Bu hadisələrin hamısı ilmidir. Həmçinin tılsımatı Quraniyyə əhli kimsələr vasitəsilə cinlərin təsirinə məruz qalmış insanlara yardımçı ola bilər.

Bəs cinin zərərsiz hala gətirilməsi mümkündürmü?

Bəli, mümkündür. Çünki cinin başqa yerə qaçmaması, medyumluk qabiliyyəti olan adamın gözlərinin hünəri ilə təmin edilir. Ancaq buradakı maddi gözümüz deyil. Çünki biz cinləri, beş duyğu orqanlarımızdan biri olan göz ilə görmürük.

Maqnetik axın əl, göz və nəfəsdən fərqli-fərqli tezlikdə çıxır. Gözdən çıxan bir şüa cini olduğu yerdə sabitləyib, tərpənməz hala gətirir. Cini olduğu yerə sanki mismarlayır. Bəlkə cin müxtəlif cildlərə girərək, qorxu və səs verən görüntü göstərə bilər, amma insanın bu mövzudakı üstünlüyü mübahisə edilməz. İnsanlar arasında məşhur "göz həbsi"  tam bu hadisə üçün keçərlidir.

Sfera.az //

Aytac Salahova

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR