Dini mənsublar bu MÖCÜZƏNİ İNKAR EDİR - FOTOLAR
Meksikadakı bir kilsədə olan İsa heykəlinin gözlərini açdığı qorxunc görüntülər mübahisəyə səbəb olub.
Sfera.az xəbər verir ki, ancaq Meksikada daha əvvəl də buna bənzər bir görüntünün qeydə alınması, ortaya çıxan son videonun uydurma ola biləcəyi ehtimalını gücləndirir.
Qeyd edək ki, Meksikanın Zaragoza əyalətində bir kilsədə olan İsa heykəlinin gözlərini açdığı görüntülər bəzi inananlar tərəfindən möcüzə kimi səciyyələndirilir.
Mənzərələr kilsə mənsubları və qeyri-adi hadisələrlə məşğul olan tədqiqatçılar arasında mübahisə yaradıb.
Bəziləri bu hadisəni sadəcə optik bir illüziyadan və ya görüntülərə xüsusi effekt tətbiq olunmasından irəli gəldiyini söyləyir.
Bəziləri isə bunun bir canlı heykəl olduğunu iddia edir.
Həmçinin heykəlin gözlərinə zaman ayarlı bir mexanizm bərkidilmiş olduğunu irəli sürənlər də olub.
Sfera.az //
Aytac Salahova
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Həmçinin məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






