Logo

Moskvada “Arşın mal alan”ın ilk versiyası göstərildi - FOTO

Moskvada “Arşın mal alan”ın ilk versiyası göstərildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya paytaxtında "Arşın mal alan" filminin 70 illiyi münasibəti ilə təntənəli gecə keçirilib.
 Sfera.az APA-ya istinadən bildirir ki, Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçirilən

tədbir Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino Evində baş tutub. Gecədə Rusiya 

Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov Rusiya və Azərbaycan kino

ustalarının əməkdaşlığından danışıb. O, dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmiş

"Arşın mal alan" filminin dünya kinosunda xüsusi yerinin olduğunu söyləyib. 
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin 

həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. 
Daha sonra "Arşın mal alan" operettasının 1945-ci ildə görkəmli sənətçilər Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub.Moskvada “Arşın mal alan”ın ilk versiyası göstərildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR