Qadınlara məsləhət - Kişilərin yanında əllərinizi işlədin - YƏNİ - FOTOLAR
Daha da cazibədar görünməyinizin yolları
Əgər cazibədar görünmək istəyirsinizsə, bədən dilindən düzgün istifadə edin. Bədən dilini kəşf edin! Bədən dilinizdən istifadə edərək daha da cazibədar görünməyin mümkün olduğunu bilirdinizmi?
Bədən dilini yaxşı istifadə edən insanlar qarşısındakı insana daha çox təsir edər və cazibədar görünər. Siz də bu üsullardan istifadə edərək daha da cazibədar görünün.
Üzünüzdə həmişə gülüş olsun.
Bir insan güldüyü an kənardan xoşbəxt və keyfli görünür. Bu da qarşı tərəfdə daha pozitiv duyğular yaradır.
Cana yaxın və səmimi bir gülüşün güclü bir silah olduğunu unutmayın.
Dik durun və mədənizi içəri sinənizi qabağa verin. Belə yeriyəndə kənardan özünə güvənən və ayaqları üstündə dayana bilən biri kimi görünəcəksiniz.
Belinizi əyib yerisəniz, tənbəl, özünə güvənməyən və hamıdan qorxan biri kimi görünəcəksiniz. Çox sürətli yerisəniz də hövsələsiz və səbrsiz biri kimi görünəcəksiniz. Əgər ayaqlarınızı yerə bərk vura-vura yerisəniz, çox düşüncəli olduğunuzu zənn edəcəklər.
Qarşı tərəfə daha cazibədar görünmək üçün ən yaxşı yeriş dik durub normal addımlarla yeriməkdir. Belə yerişi də elə etməlisiniz ki, robot kimi görünməyəsiniz.
Tələsə-tələsə danışmayın! Tez-tez danışmağınız qarşınızdakı adamın sizi başa düşməməsi və beyninin qarışmasına səbəb olacaq.
Özünüzü yavaş və başa düşülən tərzdə danışmağa məcbur edin. Danışanda yavaş danışsanız, daha ağıllı cümlələr qura və ideal biri kimi görünə bilərsiniz.
Danışanda əllərinizdən istifadə etməyi unutmayın. Əllərinizdən istifadə etməyiniz qarşınızdakı insanda güvən yarada bilər. Özəlliklə kişilər gözəl və baxımlı əllərdən zövq alar.
Qarşınızdakı insanın sizin yanınızda özünü rahat hiss etməsi və vurğulamaq istədiyiniz sözləri əl hərəkətləri ilə başa salın.
Əgər heç vaxt əl hərəkətlərindən istifadə etməmisinizsə, bunu ilk dəfə dostlarınızn yanında edin. Sonra isə onlardan əl hərəkətləri edəndə necə göründüyünüzü soruşun. Çünki onlar sizin dostunuz olduğu üçün daha doğrusunu deyəcək.









