Qlobal istiləşmənin xeyri
Alimlər qlobal istiləşmənin faydalı tərəflərini müəyyən edib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, qlobal istiləşmə sadə insanların kommunal xidmətlərə xərclədikləri vəsaitə təsir edəcək. Çünki qışda temperaturun yüksək olması səbəbindən isitmə sistemləri daha az işləyəcək. Bu da isitməyə sərf olunan pulun cibinizdə qalması deməkdir.
Yaxın gələcəkdə artıq qış daha qısa olacaq və daha gec başlayacaq.
Qlobal istiləşmənin daha bir müsbət tərəfi kənd təsərrüfatı ilə bağlıdır. İstiləşmə səbəbindən isti regionların daha çox səhralaşması prosesi müşahidə edilsə də, şimal bölgələrdə kənd təsərrüfatının inkişafına imkan yaratmış olacaq. Alimlər "donmuş bölgələrin” "isti” yerlərdən daha çox olmasına əsaslanır. Bunu ümumi mənada müsbət dəyərləndirə bilərik.
Ekspertlər hesab edir ki, gələcəkdə enerji problemi də həll ediləcək. Çünki qlobal istiləşmə su balansını normallaşdıracaq və bu da insanların həyatına müsbət təsir edəcək.
Alimlər Günəş panellərinə ehtiyac artmasının da qlobal istiləşmədən əlverişli istifadəyə imkan yaratdığını deyir. Mütəxəssislər hesab edir ki, qlobal istiləşmə qaçılmazdır və təəssüf ki, insanlıq onun qarşısını alacaq gücdə deyil. Ona görə də, gələcək problemlərin həlli barədə düşünmək lazımdır. Əlbəttə, müsbət tərəfləri taparaq.






