Logo

Pilotsuz avtobus sınaqdan keçirilir – FOTOLAR

Pilotsuz avtobus sınaqdan keçirilir – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın Tiba prefekturasında pilotsuz avtobusun ilk test sınaqları keçirilir. Bu barədə trend Yaponiyanın "Yomiuri" qazetinə istinadən xəbər verir. Avtobus xarici görünüşdən 4 çarxlı funikyulyor kabinasına bənzəyir. İçərisində 12 sərnişin (altı ayaqüstü yer) yerləşə biləcək avtobusun sürəti saatda 5-6 km. təşkil edir.

Hazırda testlər şəhərkənarı park ərazisində keçirilir. Avtobus 400 metrlik məsafəni iki dayanacaqla 5 dəqiqəyə gedir. Gediş haqqı 200 yen (1,9 dollar) təşkil edir. Pilotsuz avtobus ən çox uşaqlar tərəfindən rəğbət qazanıb. Onlar üçün gediş haqqı 50 % güzəştlədir.

Pilotsuz avtobusu istehsal edən şirkətin mütəxəssisləri hesab edirlər ki, yeni ixtiralarının kütləvi istehsalına 2020-ci ildə başlamaq olar.

Eyni zamanda qeyd edək ki, Yaponiya qanunları ölkə yollarında pilotsuz avtobusların istifadəsinə icazə vermir.

/file/articles/2016/08/02/315585.jpg

/file/articles/2016/08/02/315586.jpg

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR