Logo

Ayağını ayağının üstünə aşıranlar... - Bunu etməyin, çox təhlükəlidir!

Ayağını ayağının üstünə aşıranlar... - Bunu etməyin, çox təhlükəlidir!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağır yük qaldırmaq, artıq çəki və hərəkətsizlik bədənin müxtəlif hissələrində yırtıqların yaranmasına səbəb olur. Ancaq bu problemin əmələ gəlməsində digər bir faktor da ayağı ayağın üstünə qoymaqıdır.

Cəmiyyətdə bel-qıç ağrısı deyilincə ağla ilk gələn bel yırtığıdır. Həkimlər deyir ki, oynaqların funksiyasının pozulması nəticəsində bel və ya bel-omba ağrısı xəstəlikləri yaranır. Sakroiliak sindromlu xəstədə ağrı əksər hallarda alt bel və omba üzərində olur.

Bir ayağın digər ayağın üzərinə qoyularaq oturulması ayaqlar arasında boy fərqi meydana gətirir. Bir ayağın digərindən qısa olması isə ayaq burxulmalarına səbəb olmaqla yanaşı, zamanla onurğa üzərində tarazlıq və duruş pozulması yaradır.

Möhkəm yıxılmadan sonra və ya uzun müddət ayağı ayağın üstünə atan insanda sakroiliak funksiya pozulması və ayaqlarda bərabərsizlik olduğunda, bu zamanla bel yırtığı, skolyoz, boyun yırtığı, çənə problemləri, miqren və psixoloji problemlər yaranır.

Qeyd edək ki, bel və boyun yırtıqlarının 98 faizi əməliyyat olunmadan müalicə edilə bilir.  (ATV.AZ)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR