Logo

Barak Obamanın avtomobili - FOTOLAR

Barak Obamanın avtomobili - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Barak Obamanın xidməti avtomobili bənzərsiz xüsusiyyətləri ilə təəccübləndirir.

Obamanın xidməti avtomobilinin 11 özəl xüsusiyyətini təqdim edirik:

Yanacaq çəni - Xüsusi yanacaq istifadə edən və zirehlə qorunan yanacaq çəni birbaşa zərbə alsa belə partlamır.

Zirehli qapıları - Zirehli qapılar 20,32 sm qalınlığa malikdir və bu Boeing 757 tipli təyyarənin kabinəsinin qapıları qədər ağırdır.

Sərnişin hissəsi - Dörd nəfərlik sərnişin hissəsi Obamanın əyləşdiyi kabinəni bir şüşəylə sürücü hissəsindən ayrılır.

Həyəcan düyməsi - Mümkün bir həyəcan halında Obamadan başqa kimsənin istifadə etməyəcəyi bir həyəcan düyməsi var.

Sürücü şüşəsi - Maşında yalnız sürücü şüşəsinin açılabilmə xüsusiyyəti var və bu şüşə 7,5 santimetr qalınlığındadır.

Sürücü - Obamanın sürücüsü Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ən ağır şərtlərdə belə avtomobili istifadə edə bilmək üçün təlim keçib.

Gövdəsi - Sərt titanyum və alüminium ərintilərindən hazırlanan gövdə, keramika istifadə edilərək daha da gücləndirilib.

Rezinləri - Rezinlər polad məftillərlə möhkəmləndirilmiş və bombalara qarşı da dözümlü hala gətirilib.

Təkər - Maşının təkərləri 12,7 cm-lik gücləndirilmiş poladla qorunur.

Maşındakı müdafiə aksessuarları - Maşında bir çox müdafiə aksessuarı var. Gecə görüş kameraları, göz yaşı axıdıcı sprey, prezidentin qan itirməsi vəziyyətində qan torbaları da var. Həmçinin avtomobilin bir çox yerində silah var./avropa.info/

Barak Obamanın avtomobili - FOTOLAR Barak Obamanın avtomobili - FOTOLAR Barak Obamanın avtomobili - FOTOLAR Barak Obamanın avtomobili - FOTOLAR Barak Obamanın avtomobili - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR