"Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
|
Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdindən sonra yaxalanan bir çox yüksək çinli Fətullahçı Terror Təşkilatı (FETÖ) əməkdaşlarının üzərindən 1 dollarlıq əskinaslar çıxdı. "KURTLAR VADİSİ"NDƏ TAPINAKÇILARIN 1 DOLLARI FaktXəbər-in məlumatına görə, FETÖ-çuların üzərilərində və evlərində olan bu əskinaslar "Kurtlar Vadisi Pusu"nun 2 il əvvəl yayımlanmış 202-ci bölümündəki 1 dollar səhnəsini göz önünə gətirir. Sözügedən səhnədə Cahit və Poladın bacısı Safiyə bir tapınakçıya aid, digərlərindən fərqli, xüsusi 1 dollar tapmışdı. Safiyə bu əskinası xaricdən çox etibar etdiyi müəlliminə internet vasitəsi ilə göstərmiş və şifrəsini açmağa çalışmışdı. ƏSKİNASIN ÜZƏRİNDƏKİ YAZILAR VƏ RƏQƏMLƏRDƏ SEHRLİ ŞİFRƏ Əskinasın üzərindəki yazılar və rəqəmlərdən yola çıxan Safiyə, kompüterin internet axtarış bölməsinə bu şifrə ilə daxil olaraq, sözügedən tapınakçıya aid bir səhifəyə daxil olmuşdu. Ancaq o səhifədə da qarşısına ayrı bir şifrələmə sistemi çıxmışdı. Ssenariyə görə, Tapınakçılar bu sistem vasitəsilə qeydlərini saxlayır və sistemi xəbərləşmə vasitəsi kimi istifadə edirdilər. FETÖ-çulardakı 1 DOLARLAR General rütbəli olanlar, o cümlədən Türkiyə Silahlı Qüvvələrindəki bir çox FETÖ-çu zabitlərin üzərində olan 1 dollarların təşkilat daxilində bir parol və ya şəxsiyyət vəsiqəsi kimi istifadə edildiyi bildirilir. Ancaq FETÖ-çularn 1 dolarlarının paroldan başqa, fərqli bir elektron sistemə giriş açarı, ya da xəbərləşmə vasitəsi kimi istifadə edib-etmədikləri hələlik məlum deyil.(Faktxeber.az) |






