Pələng ilində doğulan və ölən tanınmışlar – SİYAHI
Şərq təqviminə görə 2022-ci il Su Pələnginin ilidir. Bu ilin ən ümumi xüsusiyyətləri pələngin möhkəm pəncəsi və hamını lərzəyə salan nərəsi ilə bağlıdır.
Maraqlıdır, pələng ilində hansı məşhurlar dünyaya gəlib, yaxud dünyadan köç edib?
Sfera.az XX əsrdən bu yana pələng ilində doğulan və dünyasını dəyişən tanınmış şəxslərin siyahısını təqdim edir:
1926 – Bu il dünyaca məşhur amerikalı aktrisa Merilin Monro dünyaya gəlib. 1926- cı ilin yadda qalan ölüm hadisəsi isə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş Nəcəf bəy Vəzirovla bağlıdır.
1938- Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ikinci prezidenti olan Əbülfəz Elçibəy dünyaya gəlib. Sözügedən il Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşanın və qısa ömrü ilə Azərbaycan ədəbiyyatında mühüm yer tutan Mikayıl Müşfiqin ölümü ilə dünya tarixinə yazılıb.
1950- Bu ildə Azərbaycanın xalq şairi Zəlimxan Yaqub, xanəndə Ağaxan Abdullayev, kino aktrisa Nuriyyə Əhmədova dünyaya gəlib. 1950-ci ilin may ayında isə yazıçı, jurnalist Məmməd Səid Ordubadi dünya ilə vidalaşıb.1962- Maraqlıdır ki, bu tarixdə "dünyaca məşhur” olaraq təqdim edə biləcəyimiz nə hansısa şəxs dünyaya gəlib, nə də bu kateqoriyadan kimsə dünyasını dəyişib.
1974- Türkiyəli məşhur müğənni Kənan Doğulu, aktrisa, müğənni Ebru Gündeş, və ingiltərəli aktyor Kristian Beyl dünyaya gəlib. ABŞ-nin 3-cü prezidenti Con Kennedi və türk yazıçı Nazim Hikmət isə 1974-cü ildə dünyasını dəyişən məşhurlar sırasındadır.
1986- Bu il dünyaca məşhur bir çox simaların dünyaya gəldiyini deyə bilərik. Belə ki, 1986-cı ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, türkiyəli aktrisa Fəxriyyə Evcen, dünyaca məşhur skripka ifaçısı və müğənni Aleksandr Rıbak, dünya şöhrətli müğənni Ledi Qaqa, ispan futbolçu Sergio Ramos, fransalı futbolçu Kirian Mbappe dünyaya gəlib. Bu il eyni zamanda azərbaycanlı tarixçi Yusif Yusifov dünyasını dəyişib.
1998- Bu ildə isə gənc olmasına baxmayaraq, futbol dünyasında öz sözünü deməyi bacaran məşhur futbolçu Killian Mbappe dünyaya gəlib.2010-Tarixin bu təqvimi isə daha çox ölüm hadisələri ilə yadda qalır. Belə ki, bu ilin 15 aprel tarixində Telman Adıgözəlov, 18 may aktrisa Ofeliya Aslan, 12 iyun əməkdar jurnalist, publisist Nailə Muradxanlı dünyasını dəyişib. 2010-cu ildə eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov şəhidlik zirvəsinə ucalıb.
Əzizə Zeynal





