Logo

Yeni illə bağlı qəribə inanclar: Arzuların çin olması üçün 12 ədəd üzümü...

Yeni illə bağlı qəribə inanclar: Arzuların çin olması üçün 12 ədəd üzümü...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada Yeni ili hər xalq bir cür qarşılayır. Müxtəlif ölkələrin bununla bağlı adət-ənənələri var.

Sfera.az bu dəfə həmin məlumatı təqdim edir:

Yaponiya - Köhnə ilin şər ruhlarını qovmaq üçün evlərin qarşısında kəndir asılır. Yaponlar Yeni ilin ilk saniyələrinə gülüşlə daxil olmağa çalışırlar.

Çin – Geridə qalan ilin mənfi enerjisini qovmaq məqsədilə evlər təmizlənir. Bundan əlavə, uşaqlara şans gətirməsi üçün qırmızı zərflərdə pullar verilir.

İsveçrə -  Yeni ili yaxşı ruhları təmsil etdiyinə inandıqları kostyumları geyinərək qarşılayırlar.

Hollandiya – Yola salınan ilin pis ruhlarını qovmaq, yeni ilə hüzurla və xoşbəxt girmək üçün küçələrdə yolkaları yandırırlar.

Çili – Bu ölkədə gecə yarısı bir qaşıq mərci yeyənlərin yeni ildə iş həyatında uğurlara imza atacağına inanılır.

Cənubi Afrika – Şans gətirsin deyə, köhnə ev əşyaları pəncərədən atılır, yeni əşyalarla yeni ilə girilir.

Belarusiya - Subay qızların qarşısına qarğıdalı qoyulur, ortaya isə xoruz.  Xoruz əvvəlcə kimin qabağından qarğıdalı yesə, həmin qızın evlənəcəyi düşünülür.

İspaniya - Saat 00.00-da 12 ədəd üzüm dənəsi udulur və Yeni il üçün arzular tutulur.

Danimarka – Köhnə qab-qacaqlar qapı qarşısında qırılır. Bunun pis şansı uzaqlaşdıracağına inanılır.

Rumıniya - Ayı dərisi geymiş insanlar küçələrdə dolaşaraq rəqs edirlər. Onlar bununla pis ruhları qovduqlarını düşünürlər

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR