Sürücülərə vacib xəbər – Bu yolda qırmızı işıqda keçə bilərsiniz - VİDEO
Bəzi sürücülərisə düşünür ki, məsafədən asılı olmayaraq yanaşı quraşdırılan belə işıqforların hər ikisinin tələblərinə əməl edilməlidir.
Babək prospekti İlə Mikayıl Əliyev küçələrinin kəsişməsində isə vəziyyət tam əksinədir. Belə ki burada işıqforların olmaması nəqliyyatın hərəkətini xeyli çətinləşdirir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun fikrincə, eyni yol ayrıcında təkrar işqıforun quraşdırılması qanuna zidd deyil. Ancaq bu zaman bəzi qaydalar nəzərə alınmalıdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, kənd Əhmədlidən Məhəmməd Hadi küçəsinə çıxışdakı yanaşı işıqforlardan ikincisi yol hərəkəti qaydalarına zidd olduğu üçün ləğv ediləcək.
Babək prospekti İlə Mikayıl Əliyev küçələrinin kəsişməsindəki dairəyə gəlincə isə...
Mais Ağayevin sözlərinə görə, artıq adı çəkilən ərazidə işıqforların quraşdırılması üçün layihə hazırlanıb və yaxın aylarda bu işlərreallaşdırılacaq.






