Əsl ana sevgisi: ölü oğlunu 15 gün oxşadı, öpdü - FOTOLAR
Linsi Bell klinikanın doğuş şöbəsində idi. O, ana olacaqdı. Lakin iki gün çəkən koma vəziyyətindən çıxanda həkimlər ona "uşağınız ölü doğuldu" dedilər.
32 yaşlı tibb bacısı Linsi Bell də ölü doğulmuş oğlunun kiçik cəsədini qucaqlayaraq 15 gün övladı ilə çarpayıda qaldı. O, Rorini kimsəyə vermək istəmirdi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Linsiyə əri Mark da dəstək olub, xanımının bu ilk baxışdan qəribə, amma gerçək ana sevgisini anlayışla qarşılayıb.
Linsi və Mark 14 gün aşağı temperaturlu otaqda qalaraq Rori ilə "birlikdə" olublar.
İngiltərənin Nyukasl apon Tayn şəhərində yaşayan Linsinin dediyinə görə, oğlu Rori ölü doğulsa da, onu sevirdi.
"Balamı buraxmaq istəmədim. Onun əlini tuturdum, qollarını və ayaqlarını ovxalayırdım, öpürdüm. Ona laylay deyirdim. Yeganə qorxum palatanın isti olması idi. Temperaturu çox sərin etdik ki, Rori ilə mümkün qədər çox qalaq", - Linsi Bell söyləyib.
Linsi Bel 10 yaşlı Deyzi, 7 yaşlı Maks və 4 yaşlı Makın anasıdır.






