Logo

Digər planetlərdə dan yeri sökülərkən

Digər planetlərdə dan yeri sökülərkən
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu görüntülərin hazırlanması üçün 10 illərlə vaxt sərf edilib

Digər planetlərdə dan yeri sökülərkən
  •  291

Bakı, Ceyhun Nəzərov, İnteraz - 22 İyul 2016, 14:32

Planetimizdə Günəş olmasa həyat da olmaz. Yəqin ki, dan yerinin sökülməsi və ya Günəşin qürubundan daha gözəl mənzərənin olmadığı ilə razılaşarsız. Bəs, Günəş sisteminin digər planetlərində dan yerinin sökülməsinin necə göründüyünü heç təsəvvür etmisiz? Ron Miller adlı rəssam üzərində 10 illərlə işlədiyi rəqəmsal illüstrasiyaları təqdim etməklə belə təsəvvürün formalaşmasına imkan yaradıb.

Merkuri

Digər planetlərdə dan yeri sökülərkən

Merkuri Günəşdən 60 milyon km məsafədə yerləşir. Bu Günəş və planetimiz arasındakı məsafənin 39%-i təşkil edir. Bu səbəbdən Merkuri planetində Günəşin doğması Yerdəkindən daha parlaqdır.

Venera

Digər planetlərdə dan yeri sökülərkən

Günəş və Venera arasında məsafə 108 milyon km-dir. Planeti əhatə edən sıx buludlar səbəbindən Venera səmasında Günəş parlaq ləkəyə bənzəyir.

Mars

Digər planetlərdə dan yeri sökülərkən

Mars Günəşdən Yerə nisbətdə 1,5 dəfə çox məsafədə yerləşir (230 milyon km). Lakin görünüşə yalnız uzun məsafə deyil, eyni zamanda Qırmızı planetdə tozu havaya qaldıran güclü külək də təsir göstərir.

Yupiter

Digər planetlərdə dan yeri sökülərkən

Yupiterin ulduzdan 779 milyon km məsafədə yerləşən peyklərindən biri olan Avropadan Günəş belə görünür.

Saturn

Digər planetlərdə dan yeri sökülərkən

Saturn Günəşdən 1,5 milyon km məsafədə yerləşir. Günəş şüaları su, buz kristalları və qazların çoxluğundan sınaraq heyrətamiz optik illüziyalar yaradır.

Uran

Digər planetlərdə dan yeri sökülərkən

Uranın peyki Arieldən inanılmaz dərəcədə gözəl mənzərə açılır. Günəş istisi Urana praktiki olaraq çatmır, belə ki, onlar bir-birindən 2,8 milyard km məsafədə yerləşir.

Neptun

Digər planetlərdə dan yeri sökülərkən

Neptunun ən böyük peyki Tritonda olsaydınız Günəş belə görünərdi. Məsafə 4,5 km təşkil edir.

Pluton

Digər planetlərdə dan yeri sökülərkən

Pluton Günəşdən 6 milyard km məsafədə yerləşir. Bu səbəbdən planetin göy qübbəsindəki ulduz daha çox nöqtəyə bənzəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR