Logo

“Whatsapp”a daha iki yenilik gəlir - şok

“Whatsapp”a daha iki yenilik gəlir - şok
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Whatsapp” daha iki yeniliyi istifadəçilərinə təqdim edir. 

İnterAz "shiftdelete.net”ə istinadən xəbər verir ki, proqrama ötən ildən etibarən mesajlaşma xidməti ilə yanaşı, bir çox xüsusiyyətlər əlavə edilib. Son olaraq "Office” və "ZİP” sənədlərinin göndərilməsinin təmin edilməsindən sonra "Whatsapp”da iki mərhələli şəxsiyyəti təsdiq etmə sistemi istifadəyə veriləcək. 

"Whatsapp”a əlavə edilən son iki yenilik səsli zəngi inkişaf etdirmək üçün nəzərdə tutulub. Artıq"Whatsapp” zənglərində cavab verilmədikdə, ya da zəngdən imtina edildikdə ekranda "Geriyə zəng et” xəbərdarlığı olacaq. 

Başqa bir xüsusiyyət isə yenə eyni ekranda "Səsli mesaj yaz” xəbərdarlığı olacaq. İstifadəçilər səsli zənglərə cavab almadıqda dərhal səsli mesaj göndərə biləcək.  
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR