Nə üçün əsnədiyinizi bilirsinizmi?
Əsnəmək insanların adətən iradəsində olmadan inkişaf edən bir hərəkətdir.
Əsnəmək eyni zamanda refleksidir. Beyində əsnəməyi təmin edən mərkəz hipotalamus da var.
Əvvəllər əsnəmə insanların yorğun olanda qandakı oksigen miqdarını artırmaq üçün orqanizmin gördüyü bir tənəffüs hərəkəti kimi tanınırdı. Ancaq aparılan araşdırmalarla birlikdə əsnəməyin tənəffüs prosesində mühüm funksiyaya malik olmadığı müəyyən edilmişdir.
İnsanlarda əsnəmə ana bətnindəykən başlayır.
Ana bətnində 11-ci həftədən etibarən əsnəmə hadisəsi başlayır və bədənin içində olduğu oksigen prosesi çərçivəsində əsnəmə sıxlığı dəyişiklik göstərir. Əsnəmənin yuxu ilə birbaşa əlaqəsi vardır. Ancaq beyni oyaq saxlamaq və yuxu yatırmaq məqsədlidir. Çünki əsnədikdən bir müddət sonra yata bilməsək, yuxumuz qaçacaq. Eyni zamanda, əsnəmənin insan duyğuları ilə əlaqəsi var.
İnsanların durğun olduğu vaxtlarda canımız darıxanda hipotalamusa çatan məlumatlar əsnəməyə səbəb olur.
Əsnəmə prosesində dopamin və serotina dövrəyə girir. Əsnəmə hadisəsi çox maraqlıdır. Məsələn, insanlar ağzı və burnu ilə nəfəs alır.
Ancaq insanın ağzı qapalı olduğu təqdirdə əsnəmə baş vermir.
Sfera.az //






